İlham Əliyev Vladimir Putindən xəritələri tələb etməlidir!

 

5

Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimr Putin arasında telefon görüşməsi baş tutmuşdur. Görüş zamanı hər iki ölkənin ələqalərinin inkşafından söhbət açılmışdır. Bu telefon danışığı zamanı əsas məsələlərdən biri də Dağlıq Qarabağdakı qarşıda duran məsələr olmuşdur. Təbii ki, sülh müqaviləsinin öhdəliklərinin bəzilərinin hələ də Ermənistan tərəfindən icra edilmədiyini hər kəs açıq şəkildə görməkdədir.

Bu danışıq zamanı İlham Əliyev Putindən Ermənistana təzyiq göstərməsini istəməlidir. Ermənistan 30 il işğalda saxladığı Azərbaycan torpaqlarında basdırdığı “mina” ların xəritəsinin rəsmi Bakıya təqdim etməkdən boyun qaçırır. Bu səbəbdən 3 tərəfli müqaviləyə əsasən, Rusiya hər iki ölkənin( təhlükəsizliyini ) və s. kimi problemi öz üzərinə götürməlidir.

Bir tərəfdən isə Kreml bir neçə belə problemi bilərəkdən yaratmaqla, Qarabağa əlavə qoşun yığmaq fikrindədir. Xatırladaq ki, rus qoşunlarının artırılması bir müddət əvvəl həm İrəvan, həm də Moskva tərəfdən dilə gətirilmişdir. Hər halda, bölgədə hələ də tam sülhə nail olunmayıb. Azərbaycan isə ehtiyatlı olmalıdır, Kreml hər an Qarabağdakı vəziyyəti alovlandıra bilər.
Sonda İlham Əliyev Vladimr Putinə Qarabağdakı vəziyyətlə bağlı və Pandemiya zamanı Azərbaycana etdiyi “vaksin” yardımlarına görə minnətdarlığını bildirmişdir.

 

Mikayıl Əsədov.

Bunu paylaş: