İlham Əliyev və hakimiyyəti medianı tam nəzarətə götürmək üçün daha bir qanun hazırlayır

 

Media İnkişaf Agentliyindən verilən məlumata görə, jurnalistlər üçün imtiyazlar paketi barəsində danışıqlar aparılır. Bu barədə “MİA” -nın icraçı direktoru Əhməd İsmayılov açıqlama vermişdir. O, qeyd etmişdir ki, imtyazların verilməsi jurnalist və media orqanlarına dəstək xarakteri daşımaqdadır. Əhməd İsmayılovun sözlərinə görə, əgər bu qanun parlamentdə qəbul edilsə, Azərbaycan mətbuatında yeni səhifə açılacaqdır. İmtyazların sahəsində jurnalistlər hökümətdən tam dəstək ala biləcəklər.

Əhməd İsmayılovun çıxışında bir çox qaranlıq məqamların şahidi ola bilərik.
Dünyanın çox dövlətlərində media orqanları qeyri – hökumət təşkilatlarından aslı olmaqdadır. Çünki hökumət tərəfindən təzyiqlərə məruz qalmamaq üçün bu mexanizm inkişaf etməkdədir.
Azərbaycanda İlham Əliyev və hakimiyyəti bilmir ki, hansı təzyiqlərlə, rüşvət verməklə jurnalistləri ələ alsın.

Bir sözlə, Milli Məclisdə qəbul edilən MEDİA qanunları, bu günə hazırlanan yeni imtiyaz qanunları, heç də, Azərbaycan “Azad MEDİA” sisteminə yaxşı bir şey vəd etmir.
Məqsəd budur ki, İlham Əliyev media orqanlarını və jurnalistləri tam nəzarətə götürsün. Kiməsə ev, kiməsə pul, kiməsə vəzifə, kimisə təzyiq və həbs etməklə ölkədə hər şeyi əlində saxlamaq istəyir.
Sonda qeyd edək ki, ölkədə vəziyyətin getdikcə ağırlaşdığı anda, hakimiyyət medianı da tam nəzarətə götürmək istəyir. Dövlət inqilablarında əsas rollardan birini oynayan media orqanları, bu səbədən neytrallaşdırılır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın