İlham Əliyev Turki-əl Faysal vasitəsi ilə, Səudiyyə Ərəbistanı Krallığına etiraz edə bilər

 

Prezident İlham Əliyev, Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının rəhbəri Turki əl-Faysalı qəbul etmişdir. Görüş zamanı hər iki ölkə və İslam Təskilatı arasında mövcud vəziyyətdən söhbət açılmışdır. İlham Əliyev və Turki əl-Faysal arasında, iki ölkənin tarixi, dini, siyasi, iqtisadi bağlarının inkişaf etdirilməsinin vacibliyi qeyd etmişlər.

Niyə?, İlham Əliyev Səudiyyə Ərəbistanının nümayəndəsini qəbul etməyin vacibliyini bildirmək istəyir.
Söhbətin əsl mənasının siyasi olduğunu qeyd edə bilərik. Məsələ burasındadır ki, bu yaxınlarda Ermənistan prezidenti Armen Sarksyan Səudiyyə Ərəbistanına rəsmi səfər etmişdir. Bu görüşü Azərbaycan tərəfi diqqətlə izləmişdir. Siyasi baxımdan nəzər etsək, ərəb şeyxlərinin ən çox məskən saldığı ölkə Böyük Britaniyadır.

Ermənistan prezidenti də Böyük Britaniya ilə çox yaxşı əlaqələrə malikdir. Əsasən də İngiltərə üzərindən kral ailəsinə yaxınlıq etmək daha asandır. Bununla bağlı İlham Əliyev Turki əl – Faysala öz etirazını bildirəcəkdir. Hələlik bu görüşün bəzi detalları bizə məlum olmasa da, qeyd edə bilərik ki, rəsmi Bakının hədəfi Ermənistanın İslam birliyi dövlətlətəri ilə yaxınlaşmağını neytrallaşdırmaqdır. Azərbaycanda rəsmi səfərdə olan Səudiyyə Ərəbistanının nümayəndəsi kral ailəsinə İlham Əliyevin etirazını çatdıracaqdır. Bundan sonra isə, qərar vermək Səudiyyə Ərəbistanının öz xarici siyasətindən asılıdır.

Xatırladaq ki, Turki əl-Faysal Səudiyyə Ərəbistanının kral ailəsinə yaxınlığı ilə tanınır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın