İlham Əliyev Tarif Şurasının acığına…

 

Özünü müxalifət adlandıran, ikiüzlü rol oynayan, əvvəllər xalqın gözündə lider kimi böyüyən, həbsxana dövrünü başa vurduqdan sonra, azadlığa qovuşmuş və təzminatını artıqlaması ilə almış, iqtidarla əlbir olaraq, iyrənc, məkrli planlarına don geyindirən, dildə REAL, həqiqətdə isə yaltaqlıq nümayiş etdirən İlqar Məmmədov, ölkə rəhbəri İlham Əliyevi savunmaya başlayıb.Tarif Şurasının qiymət artımına etiraz olaraq, güya ölkə başçısı acığa maaş və pensiyalara artım edib.Ölkə hakimiyyəti və dövlət qanunları arasında ziddiyətlilik var.onlar arasında dialoqun yaranmasına ehtiyac olduğunu və bu problemin həllini reallığı olmayan “Real” partiyası öz üzərinə götürməyi vəd edir.

İlk öncə qeyd edim ki, hörmətdən kənar İlqar Məmmədov sizin danışacağınız nağıllara siz ağılda olanlar inanar.Bu ölkəni idarə edən bir nəfər var.Bütün gedişatdan hali olan prezident, özünün idarəçiliyində olan Tarif Şurasınamı sözünü keçirə bilmir? Sizin kimi ortalıqda müqəvva rolunu oynayan o qədər məxluqlar ucbatından, ortaya atılan qiymət artımı məlum “Tərtər” hadisələrini xalqa unutdurmağın bir yolu olduğunu düşünüblər.Amma yanılıblar; verilən zaman bitdiyi üçün, cinayətə yeni don geyindirə bilmədikləri apaçıq bəllidir.Sizlər də məlum törədilmiş cinayəti ört – basdır etməkdən ötrü, hakimiyyətin yanında yer aldığınız bəs bəllidir.

Odur ki,özünüzü bu xalqa iqtisadi, siyasi və nümunəvi lider kimi tanıtmağa çalışmayın.Artıq ölkədə kim hansı qurumun və ya ölkə rəhbərinin əlaltısı olduğunu çox gözəl bilir.Xalqı uçuruma aparan,öz mənafei üçün əlindən gələni edən, hər cür şərəfsizliyi boynuna götürən şəxsdən, yerli vətəndaşlara heç zaman xeyir gəlməz.Yetər xalqı xirtdəyə qədər problemlər içində yaşatdınız. vəzifə naminə xalqın çıxarlarını ayaq altına alırsınız. Verəcəyim bir sual var İlqar Məmmədova: — Nə qədər məbləğ qarşılığında Xalqı hakimiyyətə dəyişdiniz?

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın