İlham Əliyev “Tank Biatlonu”nu “Krım Platforması”ndan üstün tutdu

 

Hər il olduğu kimi, bu il də Rusiyanın təşkilatçılığı ilə hərbi yarışlar keçirilməkdədir. Bu hərbi yarışların əsas hissəsi isə, “Tank Biatlonu” dur və burada Çin, Rusiya, Qazaxıstan və s ölkələr yarışır.

Bildiyiniz kimi, bir il öncədən sizlərə Axh-az.com saytımız vasitəsi ilə, Azərbaycanın bu yarışmaya qatılmasına etiraz etmişdik. Söhbət Azərbaycanın tankçılarından getmir; əsas məsələ həmin yarışda Rusiyanın işğal etdiyi Gürcüstan ərazilərinin adı altında iştirak edən komandalardan gedir.
Bəli, söhbət “Qondarma” Abxaziya və Cənubi Osetiyadan gedir. Bu yarış açıq şəkildə Rusiyanın təxribatı ilə hazırlanmışdır ki, işğal etdiyi əraziləri müəyyən səviyyədə tanıtsın.
Bəlkə də, 2022 – ci ildə Rusiyanın işğal etdiyi Ukrayna ərazilərinin qondarma komandaları da bu yarışda iştirak etsinlər.

Bu il Azərbaycanın mövqeyi lap utancvericidir.

İlham Əliyev Gürcüstana qarşı bu addımı ilk gündən atmamalı idi. Açıq şəkildə Gürcüstanın suverenliyini dəstəkləməli idi. Məsələ burasındadır ki, Azərbaycan özü elə Gürcüstanın vəziyyətindədir. Hələ ki, Rusiyanın işğalı Azərbaycan torpaqlarında davam etməkdədir.

 

Digər tərəfdən isə, bildiyiniz kimi bu günlərdə Ukraynada “Krım Platforması” öz işinə başlamışdır. Azərbaycan tərəfi isə bu Alyansda iştirak etməyəcəyini bildirmişdir. Ukrayna XİN Azərbaycanın mövqeyindən narazılıq bildirmişdir.

“Krım Platforması” və “Tank Biatlonu” siyasi baxımdan bərabər məna daşımaqdadır. Bir tərəfdə Rusiyanın təsirində olan ölkələr güc nümayiş etdirir, digər tərəfdə isə Rusiyaya qarşı olan qüvvələr güc nümayiş etdirir. Ən biyabırçı olanı isə Azərbaycanın işağala məruz qaldığı halda, işğalçının yanında yer tutmasıdır.
İlham Əliyev Qərbi qısqanmaq siyasəti aparsa da, bu, bir zaman itkisidir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın