İlham Əliyev Türkmənistandan qayıdan kimi Rusiya və İrana cavab verdi

Hörmətli Azərbaycan xalqı, sizlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xəzəryanı Ölkələrin Zirvə Toplantısında iştirakı zamanı ölkəmizə qarşı Rusiya və İranın təzyiq edəcəyi barəsində əvvəlcədən məlumat vermişdik.
Bu sözlərimizin cavabı isə, özünü çox gözlətmədi. Ölkə başçısı Türkmənistandan qayıdan kimi, sozial şəbəkələrdə paylaşım etdi. Orada yazılan bir cümlə isə, bizim diqqətimizi çəkdi.

İlham Əliyev: “Bizim qarşılıqlı fəaliyyətimiz bütün tərəflərin maraqlarının nəzərə alınmasına, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir – birinin daxili işlərinə qarışmamağa əsaslanır”.

İlham Əliyev zirvə görüşündən sonra bu sözləri yazmaqla Rusiya və İrana öz cavabını vermiş oldu. Şimal və Cənub qonşularımız Türkmənistandakı səfərdən əvvəl birgə bəyanatla çıxış etmişlər. Onlar Xəzərdə digər dövlətlərin ordusunun olmasını qəbul edilməz saymışlar. Bu gün Moskva və Tehran Türkiyənin quruda olduğu kimi suda da mövcudluğunu qəbul edə bilmir.
Söhbət qardaş ölkənin Azərbaycanla hərbi əməkdaşlığından gedir. Buna cavab olaraq İlham Əliyev Kreml və Mollalara daxili işlərimizə qarışmamalarını tövsiyə etmişdir.

Görünür, Xəzəryanı Dövlətlərin son Zirvə görüşü Azərbaycan üçün çox ağır keçmişdir. Bir sözlə, Azərbaycan zamanında Tehran və Moskvanın təzyiqləri ilə üzləşə bilər. Hələlik şimal və cənub qonşularımız İlham Əliyevin bu ismarıcına cavab verməyib.
Əgər Azərbaycana qarşı hər hansı təxribat baş verərsə, bu zaman Türkiyəni qarşılarında görmüş olacaqlar. Türkiyə isə NATO deməkdir və buna görə də Xəzərdə hansısa problemlərin yaranması tərəflərə sərf etmir. Hələlik Azərbaycan ehtiyatlı davranmalıdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın