İlham Əliyev suyunda qiymətini artırdı

 

“Həə, əzizlərim, demişdim axı, yeni şou- oyuna hazır olun; “Tarif Şurası” yenə də qaldırdı, təbii ki, su və kanalizasiya qiymətlərini. Azərsu ASC- nin yeni inzibati binasını təxmini 165 milyon dollara tikmişdilər. Arzu edirəm ki, tezliklə binanı su bassın, kanalizasiya sistemi sıradan çıxsın, bu zaman xalqın nə çəkdiyini anlayarlar. Bir necə gündür ki, hakimiyyət suyun, kanalizasiyanın qiymətini iki dəfədən çox bahalaşdırdı. Əvvəllər 1 aya ödənilən su haqqı 7-8 manat idisə, fevral ayından başlayaraq 20 manata yaxın pul ödəyəcək – yazıq millət. Əlbəttə ki, tikdikləri binanın pulunun dəyərini çıxartmaq lazımdır və bunu da xalqın cibindən oğurlamaqla edirlər.

Yanacağın, ərzaqların qiymətini qaldırmışdılar, indi isə “Tarif Şurası”nın fikrində qaz və işıqdır. Ağız dolusu hakimiyyəti idarə edənə yaltaqlanıb təriflər deyənlər, məmurcuqlar indi halınız necədir?
Həyatınızdan məmnunmusuz?
Xalqın nəinki dərisini soyur, hətta zəlidən betər qanını içirlər. Kasıb xalqa qarşı acımasız davranmaqla, məqsədləri vətəndaşlarımızı diri-diri torpağa basdırmaqdır. Varlı ölkənin rəzil və yoxsul bəndələriyik. Səsimizi çıxarmağa cəhd etsək, bir vaxtlar İlham Əliyevin Paşinyana tuşladığı dəmir yumruq, biz xalqın başında partlayacaq..

Rəşad Şıxəliyev.

Bunu paylaş: