İlham Əliyev Səudiyyə Ərəbistanı vasitəsi ilə İrana ismarıc yolladı

May ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Səudiyyə Ərəbistanı Krallığının Baş Prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibi qəbul etmişdir. Ölkə başçısı bu görüşdə Səudiyyə Ərəbistanına və onun Kral ailəsinə böyük rəğbətinin olduğunu bildirdi. Daha sonra İlham Əliyev: “Səudiyyə Ərəbistanı dünyada tək-tük ölkələrdəndir ki, Ermənistanla heç bir diplomatik əlaqə qurmamışdır”,-dedi. Azərbaycan torpaqlarını işğal etdiyinə və işğalda saxladığına görə Ər-Riyad rəsmi İrəvanla əlaqə qurmaqdan imtina etmişdir.

Bu hörmət və dəyərə görə də Azərbaycan rəhbərliyi Səudiyyə Ərəbistanına böyük hörmət bəsləməkdədir.

Ər-Riyadın bu siyasətinə sübut kimi sabiq Ermənistan prezidenti Armen Sarksyan da bu səbəbdən istefaya göndərilmişdir. O, Böyük Britaniyada kral ailəsi ilə sıx yaxınlıq etməkdə idi. Ermənistan tərəfi 44 günlük müharibədən sonra ölkəni iqtisadi çətinliklərdən çıxarmaq üçün Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə ard – arda səfərlər etsə də, nəticələr uğursuz alınmışdır.
Bundan sonra Ermənistan prezidenti istefaya göndərilmişdir.

İlham Əliyevin bu sözləri siyasi kəlməyə çevrilə bilər. Hər kəsin Molla rejimi olan İranın siyasətindən xəbəri vardır. Yəqin ki, ölkə başçısı Səudiyyə Ərəbistanını Mollalara nümunə kimi göstərmək istəyir. Sonda deyə bilərik ki, Azərbaycanın haqq yolunu dəstəkləmək üçün rəsmi Tehranda cəsarət olacağına inanmaq çətindir.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın