İlham Əliyev, sözümüzü Paşinyana Qarabağımızda deməliyik

Hörmətli oxucular, bu gün İlham Əliyev bəzi televiziyalara müsahibə verərək bildirmişdir ki, son zamanlar Ermənistanın Azərbaycana hücumu və ermənilərin böyük itkilər verməsi Dağlıq Qarabağın sülh yolu ilə həllinə böyük zərbə vurmuşdur. İlham Əliyev sərt şəkildə Ermenistan prezidenti Nikol Paşinyanın Azərbaycana 7 şərt irəli surməsini bir həyasizliq adlandıraraq ,Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsini xatırladıb. Ìlham Əliyevin Paşinyana:”Sən kimsən ki, bizə şərt qoyasan”,- deməsi hər iki dövlətdə böyük rezonans doğurmuşdur. Yəqin biz Paşinyanın cavabını televizyalar vasitəsi ilə yox, Qarabağımızda -üz -üzə verməliyik. Artiq Azərbaycan xalqı həm Ilham Əliyevin ,həm də Ermənistanın bu nağıllarından tam olaraq yorulmuşdur. Xalqımızın başını bu deyişmələrlə aldatmaq olmaz ,bura döyüş meydanıdır, meyxana deyìşməsi meydanı deyil.Sözdən hərəkətə keçmək vaxtı çoxdan çatmışdır!

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: