İlham Əliyev Rövnəq Abdullayevi nəzarətə götürdü

Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “-nin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün “SOCAR” -ın 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılmışdır. Bu qrup “SOCAR”- da baş verən bütün hadisələrə; maliyyə, daxili və xarici satış, gəlirlərin və ziyanların hesablanması, işə alma və işdən çıxarma və s. kimi proseslərə nəzarət edəcəkdir. Hakimiyyət bu qrupun yaradılmasını “SOCAR”- ın daha şəffaf və operativ çalışması kimi ictimaiyyətə təqdim etmək istəyir.


Son vaxtlar “SOCAR” – ın prezidenti Rövnəq Abdullayevin korrupsiya qalmaqalında adı daha çox hallanmağa başlamışdır. Xatırladaq ki, Azərbaycan Xalq Hərakatının xəbər səhifələrində dəfələrlə Rövnəq Abdullayevin xalqın gəlirlərini oğurlaması barədə sizlərə məlumat vermişdik. Maraqlısı budur ki, İlham Əliyevin yaratdığı bu qrupa başçılıq edən İqtisadiyyat naziri Mikayıl Cabbarovdur. “Kassir ” ləqəbi ilə tanınan Mikayıl Cabbarov İlham Əliyevə ən yaxın adamlardan biri sayılır.

İlham Əliyevin yeni fərmani açıq şəkildə “SOCAR” şirkətinə yox, birbaşa Rövnəq Abdullayevi nəzarətə götürməyə hesablanib. Ola bilsin ki, Rövnəq Abdullayev yaxin vaxtda işdən azad edilsin .

Mikayıl Əsədov.

Bunu paylaş: