İlham Əliyev qazın-elektrikin qiymətini bu gün bahalaşdırır, maaşları isə 2022-yə saxlayır

 

Tarif Şurasının qərarı ilə Azərbaycanda qazın və elektrikin qiyməti yenidən qalxdı. Əhalinin əsas təlabatlarından olan qaz və elektrikin bahalaşmasının İlham Əliyevin xalqımıza qarşı yeni siyasəti olduğunu deyə bilərik. Ölkəmizdə korrupsiya, rüşvətxorluq, sosial durumun pis olması və gündən- günə əhalinin yaşamına ağır zərbə vurmaqdadır. Məsələ burasındadır ki, yanacaq, təbii qaz və elektrik məhsullarının ikisi xalqın sərvəti, biri isə yerli sərvətlər vasitəsi ilə istehsal olmaqdadır.

İlk öncə bəzi ikiüzlü məmurlara sözümü bildirmək istərdim. Artıq şübhə yoxdur ki, Tarif Şurasını da idarə edən İlham Əliyevdir. Ən azından bəziləri Tarif Şurasını günahlandırmaqdan əl çəkməlidir.

İlham Əliyevin xalqımıza qarşı aldadıcı siyasətini sizlərə açmaq istərdim. İlk öncə yanacaq, sonra qazın və elektrikin qiyməti bahalaşır. Azərbaycan xalqının etirazını yumşaq siyasətlə ram etmək üçün, səhəri gün İlham Əliyev, 2022 – ci ildə əmək haqların qaldırılması üçün sərəncam imzalayır. Heç kəs anlamır ki, bu sərəncam sadəcə gözdən pərdə asmaq üçündür. 2022 – ci il gələsi, dövlət büdcəsi təsdiq ediləsi, üstəlik necə faiz artması…
Dünya təcrübəsində ilk öncə maaşlar artırılır, sonra isə müəyyən məhsullarda bahalaşma olur. Azərbaycanda isə, İlham Əliyevin daxili siyasəti nəticəsində hər şey tərsinə baş verməkdədir. Nə olursa – olsun, xalq ilk növbədə əzilməlidir. Niyə axı, bizim xalqımız hər zaman ümidlərlə yaşasın?.
Bu gün Azərbaycan yeganə ölkədir ki, öz sərvətimizi özümüzə ən yüksək qiymətə satırlar və bununla da insani hüquqlarımızı tapdalayırlar. Borclar icində, acqarna oturaq və 2022 – ci ili gözləyək…

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın