İlham Əliyev “Qərbə” vacib mesajlar göndərir

 

 

Son vaxtlar sizlərlə Rusiya və Azərbaycan arasında baş vermiş soyuqluğu araşdırmaq istərdik; Qarabağda 44 günlük müharibə zamanı, azad etdiyimiz Şuşa şəhərinə atılan “İsgəndərlərə” görə, İlham Əliyev birbaşa Putinə öz etirazını bildirmişdir. Bildiyiniz kimi, müharibə zamanı Azərbaycan prezidenti açıq şəkildə Rusiyaya etiraz etdiyinin şahidi olmuşduq.
Bəs İlham Əliyevin birbaşa televiziya vasitəsi ilə Rusiyaya etiraz etməsinə səbəb nədir?

Araşdırmalarımızdan belə nəticəyə gəlmək olur ki, İlham Əliyev, son vaxtlar Rusiyaya ilə arası pozulan Qərbə bir başa ismarıç göndərmiş olur. İlham Əliyev dolayısıyla Amerikaya çatdırmaq istəyir ki, bizim də Qərbin dəstəyinə ehtiyacımız vardır. Yəni Azərbaycanı Rusiyanın təzyiqi altından qurtarmaq üçün, ən azından Gürcüstan və Ukrayna kimi dəstəyə ehtiyacı vardır.

Digər tərəfdən baxsaq, Azərbaycan prezidenti Avropaya inteqrasiya yolunun seçilməsinə sadiq olduğunu göstərmək istəyir. Bu inteqrasiya yolu bir neçə il əvvəl Kremlin Azərbaycandakı əsas dayağı olan Ramiz Mehdiyevin işdən çıxarılması ilə başlanmışdır. Ölkə prezidenti Rusiya Kommunist sisteminə etiraz etməklə, Qərbə sadiq olduğunu demək istəyir. Azərbaycan prezidenti son vaxtlar ölkəmizdə rusmeyilli qüvvələri işdən çıxarmaqla, özünün “demokratik inteqrasiya” yolunda isbat etmək istəyir.

Xatırladaq ki, bir neçə ay bundan öncə Con Bayden Amerika prezidenti seçiləndə bütün diktatorlara xəbərdarlıq etmişdir. Hələlik görünən budur ki, Qərb demokratiya, korrupsiya, insan haqları, rüşvətxorluq baxımından İlham Əliyevə hələ ki güvənmək iqtidarında deyil.

Mikayıl Əsədov.

Bunu paylaş: