İlham Əliyev “Qərb”ə hücum etdi

Prezident İlham Əliyev İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Azərbaycan Prezidenti Qərbə hücüm edərək, bəzi dövlətləri hədəf seçmişdir. İlham Əliyev açıq şəkildə Fransa və Nederlandın qərarlarının qərəzli olduğunu bildirmişdir. İlham Əliyev bildirmişdir ki, Azərbaycan Avropanın etibarlı enerji tərəfdarıdır. Bu çıxışıyla ölkə prezidenti Avropaya sanki bir neft-qaz siqnalı vermişdir.İlham Əliyevin Avropa ilə belə dildə danışmasının ölkəmizə ziyan verməyəcəyini yəqin ki, zaman göstərəcəkdir.


Ölkə prezidenti Manlio Di Stefano ilə görüşdə ikitərəfli əlaqələrdən danışaraq gələcəkdə İtaliya və Azərbaycan iş birliyindən söz açmışdır. İtaliya şirkətləri Dağlıq Qarabağın bərpasında yaxından köməklik göstərəcəklər. Qarabağda yaxın günlərdə İtaliya şirkətləri öz işlərinə başlayacaqlar. Xatırladaq ki, Fransa senatının qərarı qərəzli olsada, Nederland Krallığının parlamenti Azerbaycanda demokratia, korrupsiya və insan haqlarının pozulmasına görə ölkəmizə sanksiya tədbiq etmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: