İlham Əliyev niyə, xalqımızın qatili olan Köçəryanı deyil, Paşinyanı hədəf alıb?

 

Bir müddət əvvəl dərc etdiyimiz məqalədə, Rusiya prezidenti Vladimir Putinin əli ilə İlham Əliyevin Türkiyə üzərində olan rolunu qeyd etmişdik. Kimlərsə bu fikri birmənalı qarşılamadı. Gəlin İlham Əliyevin Putinlə birgə, yaratdığı siyasəti sübut edək.

Bildiyiniz kimi, Ermənistanda bir necə il bundan əvvəl inqilab baş verdi və Qərb yönlü Paşinyan, Rusiya yönlü Sarkisyanı devirməyə məcbur etdi. O gündən bu, günə kimi isə Azərbaycan hakimiyyətinin Nikol Paşinyana hüçumları artmağa başladı. Təbii ki, tam Rusiyanın göstərişi ilə bu baş verməkdədir.

Bugünkü gün Ermənistanda baş vermiş növbədənkənar seçkilərdə isə, Azərbaycanın mövqeyini açıq şəkildə görə bilərik. Niyə axı, Azərbaycan hakimiyyəti Putinin yaxın dostu, Qarabağda ağılasığmaz qətllər törədən Robert Köçəryanı dolayısı ilə dəstəkləyirdi? Bu müddət ərzində fikir versəniz Azərbaycanın hüçumu yalnız Nikol Paşinyan üzərində qurulmuşdur. Əlbəttə ki, ilanın ağına da, qarasına da inanmaq olmaz. Lakın bu zamana kimi bizə sərf edən yeganə erməni prezident Paşinyanı İlham Əliyev niyə hədəfə alıb?

İlham Əliyev açıq şəkildə Putinin göstərişi ilə, Qərb ideyasının Ermənistanda kök atmasının qarşısını almaq istəyirdi. Lakin sizlərə əvvəlki yazılarımızda bildirdiyim kimi, erməni xalqı Paşinyanı dəstəkləyəcəkdir.

Düzdür, Paşinyan anlayır ki, Rusiyasız bölgədə yaşamaq mümkün deyildir. Bu səbəbdən o, Putinə hər zaman sadiqlik nümayiş etdirməyə məcburdur.

Digər tərəfdən isə, Qərbin Gürcüstanda və Ermənistanda məskunlaşması İlham Əliyevə təhlükə yaratmaqdadır. Azərbaycan hakimiyyəti qorxur ki, bir müddətdən sonra həmin inqilablar sərhəddimizi keçə bilər. Ölkəmizdə illərdir sürən diktatura rejiminə son qoyular. Əliyev Türkiyəni də Azərbaycana gətirməklə Qərbən qorunmaq istəyir.

Hər kəs bilməlidir ki, İlham Əliyev xalqı yox, öz taxtını düşünür. Necə ki, Belarusiyada baş tutmayan dövlət çevrilişi, Azərbaycandakı rus agentlərinin qorxuya salmışdı.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın