İlham Əliyev niyə? Rusiyanı deyil, Ermənistanı şikayət edir

 

Azərbaycan Şuşada “Zəfər günü” keçirtdiyi bir vaxtda, Ermənistanın Müdafiə naziri Arşak Karapetyan Xankəndinə Rusiya sülhməramlılarının müşayiəti ilə səfər etmişdir. Özü də Azərbaycandan icazə almadan.

Digər tərəfdən isə, 8 noyabr günü Ermənistan ordusundan bir nəfər ölmüş, 3 nəfər yaralanmışdır. Azərbaycan tərəfi qey edir ki, həmin gün Ermənistan tərəfi su kanalı adı altında təxribata əl atmaq istəsə də, itki verərək geri çəkilmişdir. Fikir versəniz hər iki hadisənin, İlham Əliyevin Şuşaya səfəri zaman baş verdiyini görərik. Bu hadisələr bizə demək olar ki, mənasız gəlir.

Bizi maraqlandıran məsələ; niyə Azərbaycan rəsmiləri Rusiyanın deyil, Ermənistanın adını çəkir? İlham Əliyev imzaladığı anlaşmaya görə, ruslar “sülhməramlılar” adı altında, təxribatların qarşısını almalı və insidentlərin baş verməməsi üçün hər şeyə nəzarət etməlidirlər. Dəfələrlə qeyd etdiyimiz kimi, əgər Rusiya bölgədə yoxdursa, problem də olmayacaqdır. İlham Əliyev öz əlləri ilə, separatçı Rusiyanı gətirəndə anlamırdı ki, vəziyyət yaxşıya doğru irəliləməyəcəkdir? Bu gün İlham Əliyev və Azərbaycan rəsmiləri Ermənistanı ittiham etməmişdən əvvəl Qarabağ münaqişəsinin əsl səbəbkarını (Rusiya – Kreml) ittiham etsə, yaxşı olardı.

Əlavə edək ki, Qar-göl ətrafında baş verən təxribatının qarşısını Azərbaycan əsgəri alaraq mühasirəyə salınmış erməni əsgərlərini geri öz yerlərinə qayıtmağa məcbur etmişdir. Hər zamankı kimi Rusiya araya girərək vəziyyətə müdaxilə etmişdir. Həmin bölgəyə Rusiyanın aidiyyatı olmasada, yenədə vəziyyətə müdaxilə etməyi bacarmışdır.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın