İlham Əliyev niyə bunları tərif edir?

 

Qəhrəmanlıqla 44 gün durmadan, yatmadan şücaət göstərən, Azərbaycanın adını dillər dastanına çevirən əsgər qardaşlarımız, qazilərimiz indi baxımsızlıqdan şikayət edirlər. Vətənin keşiyində canla – başla xidmət aparasan, amansız müharibə əlini,qolunu,ayağını və s.bədən üzvlərini iflic etsin, ağrılar içində qıvrılaraq, səhərləri gözünü qırpmadan gözləyəsən, ümidin yollarda qalsın. Özünü prezident adlandıran şəxs isə, efirlərdə “nümunəvi prezident” çıxışları edib, təltif, medal ilə əsgərlərin ürəyini almaq istəyib. Öz aləmində nəyə nail olmaq istəyir? Lakin hələ həll olunmayan məsələlər qalıb.

Qazi və şəhid ailələri şikayətlər edirlər ki, yaratdıqları “Yaşat” fondu,  Müdafiə Nazirliyinin adiyyatı şöbələri və .s. kimi qurumlar, biganəlik, soyuqqanlılıq göstərirlər. Prezident isə 3-4 saatlıq çıxışında ziyan dəymiş , dinc sakinlərə atılan bombalar və nəticədə həlak olan günahsız ailələr, şəhidlər, qazi ailələrindən danışmaq əvəzinə, ancaq rusları tərif edib. Anlamaq olmur, müharibə dövründə əzəmətli Türkiyə ölkəsindən bərk- bərk yapışan İlham Əliyev, nədən indi rusları – Putin hakimiyyətini tərifləyir?

Azərbaycan prezidenti bununla nə demək istəyir? 70 il əsarətdə qaldığımız kimi, müstəqillik əldə olunandan bir müddət sonra Əliyevlərin səyləri nəticəsində yenidənmi rusların köləsi olduq? Bəs deyilmi?Hakimiyyət nə vaxt çıxıb bu kimi suallara aydınlıq gətirəcəkdir? Bu döyüşdə qalib Azərbaycan əsgəri, Azərbaycan xalqı, amma qanun yazan Rusiya?  Yəni biz qalibik və bizim tələblərimiz qəbul olunmalıdır, Putinin deyil. O torpaqları qanımız bahasına azad etdik ki, Rusiya gəlib Xankəndində, Xocalıda, Xocavənddə əlini ağdan qaraya vurmadan rahat otursun və İlham Əliyev də rusları tərifləsin.

 

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: