İlham Əliyev Nikol Paşinyana xəbərdarlıq etdi

 

Azərbaycan Prezident İlham Əliyev, 26 iyun-Silahlı Qüvvələr Günü münasibəti ilə xalqımızı, ordumuzu təbrik etmiş və mühüm çıxış etmişdir. O, 44 günlük müharibə zamanı Ermənistan ordusunu darmadağın edərək qələbə qazandığımızı və bu həlledici döyüşə illərdir hazırlaşdığını bildirmişdir. Ölkə başçısı bu çıxışı zamanı Ermənistana ultimatum verməyi də unutmamışdır. Ermənistanda baş verən siyasi vəziyyət prezidenti bir az gözləməyə məcbur etmişdi. İlham Əliyevin, Ermənistandakı prezident seçkilərindən sonra belə sərt çıxış etməsi Nikol Paşinyana son bir ismarıc idi.

Ali baş komandan bir daha Ermənistan hökumətinin 10 noyabr bəyannaməsinə əməl etməyini tələb etmişdir. Əks halda ” Dəmir Yumruq” əməliyyatı yenidən başlaya bilər. Söhbət burda Zəngəzurun sülh yolu ilə azad edilməsindən gedir. Bununla da Əliyev, Paşinyana bildirmək istəyir ki, sülh sazişi imzalanmasa, hər an Azərbaycan ordusu antiterror əməliyyatlarını davam etdirə bilər.

Daha sonra İlham Əliyev Azərbaycan ordusunun hərbi uğurlarından sonra, dünya ölkələrinin ölkəmizə qarşı əməkdaşlıq etmək maraqlarının artdığını qeyd etmişdir. Dünyanın güc dövlətləri müharibə zamanı ordumuzun təcrübəsindən yararlanmaq istədiklərini bildirmişlər.

Ölkə başçısı bir daha qeyd etmişdir ki, Ermənistanın yüksəlişi Azərbaycan və Türkiyədən keçir. Erməni xalqı da ekonomik çəhətdən bu iki dövlətdən yararlana bilər. Sərhədlərin açılması, kommunikasiyanın qurulması bütün Qafqaz xalqları üçün vacib və mühüm məsələdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın