İlham Əliyev Müdafiə Nazirliyinə etibar etmir?

 

Hörmətli oxucular, sizlərə bu gün Azərbaycan hakimiyyətində baş verən siyasi prosedurlar barəsində danışmaq istərdik. Bir az yaxın keçmişə dönsək, hər şeyi daha aydın anlayarıq. Keçən ilin sentyabr ayından başlayan müharibənin bitdiyi günə qədər Azərbaycan Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarının çıxışlarını, demək olar ki, görmədik. Yalnız ölkə prezidenti İlham Əliyev və köməkçisi Hikmət Hacıyevdən başqa bir kəsin fəallığının şahidi olmadıq. Bəli, ara-sıra MN mətbuat sözcüləri nəsə bildirmək istəyirdilər, lakin konkret heç bir şeyə aydınlıq gəlmirdi.

Sanki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Müdafiə Nazirliyinin yüksək rütbəlilərinə inanmır. Müharibə zamanı ölkə başcısının çıxışında MN – nə bildirdiyi iradlar da olmuşdu. Hətta İlham Əliyev açıq şəkildə döyüşlər zamanı “geçikmələrdən” söhbət açmışdır.
Bəs İlham Əliyev niyə özü təyin etdiyi zabitlərə inanmır? Prezident müharibə bitdikdən sonra, Baş Qərargah rəisi Nəcməddin Sadıqovu vəzifəsindən uzaqlaşdırmaqla narazılığını daha da qabartmış oldu.

 


Başqa bir tərəfdən isə, Azərbaycanda olan hərbi “Ataşe” – ləri, hərbçi qonaqları yalnız Hikmət Hacıyevin müşayiəti ilə görə bilirik. Daha bir sübut isə xarici dövlətlərin MN -nin Azərbaycana səfəri zamanı İlham Əliyevin onları qəbul etməsi də müəmmalıdır. Prezidentin hər dəfə xarici MN – lərni birbaşa qəbul etməsi, beynəlxalq çəkidə bir az qəbul edilməzdir. Çünki həm rütbəcə, həm də vəzifəcə bu cür görüşlər qəbul bərarər səviyyədə sayılmır.


Yuxarıda göstərdiyimiz məqamlar bu gün ölkəmizdə baş verməkdə davam edir. Sanki yaxın vaxtda ölkədə nəsə baş verə bilər.
Bəlkə də ölkə başçısı Zakir Həsənovun yerinə artıq kadr seçiminə başlamışdır. İlham Əliyev və hakimiyyətinin hansı siyasət yürütdüyünü heç kəs anlamır. Bura Azərbaycandır və İlham Əliyevin qurduğu hakimiyyətdir; hər an ölkəmizdə nəsə baş verə bilər. Onsuz da xalqımız İlham Əliyev və onun qurduğu hakimiyyətdən təngə gəlmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: