İlham Əliyev korrupsioneri azadlığa buraxdı

 

Bir neçə ay bundan öncə həbs edilən “Azərxalça” nın sabiq rəhbəri Vidadi Muradov azadlığa buraxılmışdır. Onun barəsində külli miqdarda dövlət vəsaiti mənimsənildiyinə görə, həbs edilərək cinayət işi açılmışdır.

Artıq neçənci məmurdur ki, dövlət budcəsindən ayrılmış vəsaiti mənimsəyir, həbs edilir və bir neçə ay sonra azadlığa çıxır.

Bu tip məmurların azadlığa çıxması şərtlərini bilirik. Onlar zaman – zaman oğurladıqları pulların iki – üç qatını İlham Əliyevin “Qara kassa” na geri qaytararaq azadlıq sevincini dadırlar. Əliyevlər imperiyasının Azərbaycanda qoyduğu qanunlardan görə bilərik ki, rüşvət və korrupsiyanın ölkə daxilində məharətlə sintez edilməkdədir. Vidadi Muradovun və bir çoxlarının işində bunun şahidi oluruq. İlk olaraq vəzifəsindən istifadə edərək korrupsiya əməlinə əl at, sonra isə, canını qurtarmaq üçün hakimiyyətin müvafiq orqanlarına rüşvət ver.

İlham Əliyevin daxili siyasətinin nəticəsidir ki, məmurlar xalqa yox, öz ciblərinə xidmət edirlər. Onlar anlayır ki, əgər həbs edilərlərsə, oğurladıqları puldan yuxarıdakılara göndərməklə, azadlığa çıxa bilərlər. Azərbaycanda İlham Əliyevin və hakimiyyətinin bir nömrəli qanunu rüşvət və korrupsiyadan asılıdır. Bu səbəbdən, ölkədə haqq sözün deyənlər “Ağır Cəza”ya , oğrular isə azadlığa məhkumdurlar.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın