İlham Əliyev jurnalistlərə vəzifə və mükafat verməklə onları ələ alır

 

Hər kəs bilir ki, dünyada ən çətin peşələrdən biri jurnalistlikdir. Ən ağır, ən təhlükəli yerlərdə olan jurnalistlər, bununla həyatlarını, hətta yaxınlarını belə təhlükəyə atmaqdadırlar. Faktlara və gördüyünü olduğu kimi ictimaiyyətə çatdıran insanlara jurnalist deyə bilərik. Çox təəssüf ki, hər il dünyada 500 – ə yaxın jurnalist öldürülməkdədir. Bəzi diktator ölkələrində isə, şərlənərək həbs edilməkdədir.

Bu gün Azərbaycanda, 15 nəfərə yaxın jurnalist İlham Əliyev rejiminə etiraz etdiyi üçün, həbs edilmişdir. Jurnalistlərə və onların yaxınlarına qarşı təzyiqlər, şərlənmək, təxribat törətmək Azərbaycan hakimiyyətinin illərdir ki, davam edən əks – silahlarından biridir. Rejim bununla ölkəmizin daxilində insan haqları və demokratiyanı boğmaqdadır.

Son vaxtlar, İlham Əliyev və hakimiyyətinin, ölkədəki real vəziyyəti jurnalistlər tərəfindən, dünyaya çatdırmağının qarşının almağın daha bir yolunu sizlərə söyləmək istərdik. Fikir versəniz, bir neçə ildir ki, İlham Əliyev ölkədə yaltaq jurnalistləri mükafatlandırmaqdadır. Ölkə başçısı mətbuat işçilərinə dövlət vəzifələri verərək jurnalistləri neytrallaşdırır. Yəni bununla rejimə əyilməyən jurnalistləri həbs etdirir, digərlərini mükafat və vəzifələrlə öz yanına çəkərək neytrallaşdırır

Azərbaycanda əhalinin sosial durumunun getdikcə ağırlaşdığını başa düşən İlham Əliyev və hakimiyyəti bu taktikalarla, demokratiya, insan haqlarının pozulmasını dünya ictimaiyyətindən gizlətmək istəyir. Bununla daxildən və xaricdən gələn təhlükələri neytrallaşdıraraq “kral” lığının ömrünü uzadır. Çox təəssüf edirəm ki, Azərbaycanda eyni sahə yoldaşlarım İlham Əliyev tərəfindən satın alınır. Bu gediş jurnalistika adına bir fəlakətdir!

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın