İlham Əliyev ilk dəfə Ermənistana bu cür xəbərdarlıq etdi…

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli KİV – lərə müsahibə vermişdir. Bu müsahibədə ölkənin daxili və xarici siyasəti ilə bağlı suallara cavab vermişdir. Hər kəs bilir ki, ölkə daxilindəki siyasət bərbad vəziyyətdədir. Beynəlxalq insan hüquqlarının heç birinə riayət edilməməkdədir. Bu barədə ayrıca münasibət bildirəcəyik.

İlham Əliyevin bu müsahibəsində diqqətimizi çəkən bir məsələ var idi: Bildiyiniz kimi, yanvar ayının 11-də Ermənistan-Azərbaycan sərhəddində lokal döyüş baş vermişdir. Bu barədə danışan İlham Əliyev, Ermənistan rəhbərliyinə öz xəbərdarlığını da etmişdir.
Azərbaycan prezidenti qeyd etmişdir ki, biz düşmənin bütün hərəkətlərini izləməkdəyik. Əgər ölkəmizə qarşı təhdidlər hiss etsək, Ermənistan ərazisindəki bütün dərinlikləri məhv edəcəyik. Fikir versəniz, İlham Əliyev birbaşa Ermənistanın ərazisində döyüşlərin başlanacağına dair xəbərdarlıq etməkdədir.
Təbii ki, Ermənistan demilitasiya və demarkasiya işlərinə razılıq vermədikdə, Azərbaycanın bu ərazilərdən gələn təhlükələri dəf etmək hüqüqu vardır. Bu səbəbdən sərhədlərin rəsmi ayırd edilməsinin hər iki ölkə üçün çox vacib oduğunu deyə bilərik.

İlham Əliyevin bu çıxışı, birbaşa Nikol Paşinyana bir mesaj olmuş oldu. Ölkə başçısı bir daha xəbərdarlıq edərək qeyd edib ki, düşmən təxribat törətməyə çalışarsa, cavabları bir neçə qat artıqlaması ilə veriləcəkdir. Beləliklə, İlham Əliyev lokal döyüşlərin Ermənistan ərazisində başlaya biləcəyi barəsində xəbərdarlıq etdi.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın