İlham Əliyev işsizliyin 5-6 faiz olduğunu deyir, bəs ölkədə artan “qul bazarları” ndan xəbəri varmı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çox maraqlı açıqlama ilə yadda qalmışdır. O, ölkədə müsbət demoqrafik vəziyyətdən danışaraq bildirmişdir ki, bu gün Azərbaycanda işsizliyin səviyyəsi 5-6 faizə qədər azalmışdır. Onun sözlərinə görə ölkə iqtisadi cəhətdən sürətlə inkişaf etməkdədir.
Yuxarıda sadaladığımız məsələ İlham Əliyev və onun hakimiyyətinə aiddir.

Bilirik ki, ölkədə işsizlik səviyyəsi 50-60 faizfədən yuxarıdır. İlham Əliyevin sözlərinin maraqlı tərəfi bundan ibarətdir ki, görəsən, bu nəticələri haradan alaraq qeyd etməkdədir?
Bu zaman belə bir sual ortaya çıxır: əgər ölkədə işsizlik səviyyəsi ölkə başçısının qeyd etdiyi kimi 5-6 faizdirsə, niyə Azərbaycan vətəndaşlarının çoxu Rusiya bazarlarında fəhləlik edir?.Digər tərəfdən, sosial vəziyyətlə bağlı vətəndaşlarımız işləmək üçün digər ölkələrdə üz tutur. Bu üzdən ölkəni tərk edən vətəndaşlarımız da günü – gündən artır.

İlham Əliyevin fərziyyəsinə nəzər salaraq qeyd etmək istərdik ki, Amerika Birləşmiş Ştatlarında işsizliyin səviyyəsi 13 faizdir. Belə çıxır ki, Azərbaycan Amerikanı üstələyir? Axı bu gülünc sözlərdir, üstəlik də bu sözləri ölkə başçısı səsləndirir.
Sonda İlham Əliyevə bildirmək istərdik ki, bəli, işsizlik səviyyəsi sıfıra enə bilərdi, əgər ölkədə kriminal, avtoritet, oğru idarəetmə hakimyyət olmasaydı. Əgər xalqın sərvəti oğurlanmayıb normal bölünsəydi, bu zaman vətəndaşlarımız padşah kimi yaşayaraq ölkəni tərk etməzdilər.
Bir daha qeyd etmək istərdik ki, əgər İlham Əliyev işsizliyin səviyyəsini bilmək istəyirsə, Azərbaycanda olan qul bazarlarını ziyarət etsin, bu zaman vətəndaşlarımızın necə işsizlikdən əziyyət çəkdiyini görəcəkdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın