İlham Əliyev hesabat ver

Aydınlıq gətir. Dağlıq Qarabağın taleyi haqqında Putin və Lavrovun “məsləhət”lərindən çıxmağa nə mane olur. (Əslinə qalsa səbəblər məlumdur və çox ağır çəkilidir. Təəssüflər olsun ki, onları dilə gətirməyin vaxtı deyil).

Azərbaycan suveren dövlətdir. Rusiya Federasiyası ilə əlaqələr və qarşılıqlı münasibətlər qonşuluq prinsipi əsasında qurulmalıdır. Mən açıq etiraf edirəm ki, bu gün Azərbaycan respublikasının başında oturanlar kölə psixologiyasından azad ola bilməmişlər. Erməni milyarderlərdən asılı olan, onlara boyun əyməyi özlərinin başlıca vəzifəsi hesab edən ruslar Azərbaycana qarşı daima düşmən mövqeyində olmuşlar və bu gün də belədir.

Bizim yaddaşlarımızda qəmbər daşı kimi asılmış qərəzli mövqelərdən bəzilərini yada salıram. İosif Stalinin diktarluğun dövründə  deportasiyaları, Brejnevin gensekliyi dövründə torpaqlarımızdan kusoklar kəsilərək ermənilərə pay verməsi, Qorbaçovun Azərbaycan respublikasına və millətimizə açıq-aşkar xəyanəti, bununla bağlı düçar olduğumuz bəlalar. Bunlar ayezbeqin yalnız görünən tərəfləridir. Millətin başına gətirilməyən oyun qalmamışdır. Belə çıxır ki, hamı bərbərliyi bizim başımızda öyrənmək iştahasında olmuşdur və bizim dövrümüzdə də bu eyni qayda ilə davam edir. Putin özünü vicdanlı insan hesab edirsə onda qoy ermənilərin Kəlbəcərdə yerləşdirdikləri terrorçuların xüsusi konfort yaradılmaqla çıxarılması üçün İlham Əliyevin xainliyi və satqınlığından sui-istifadə edərək Kəlbəcəri yandırmağa şərait yaratdığı və onun artıq göz qabağında olan nəticələri barəsində məsuliyyəti öz üzərinə götürsün. Bunu rəsmi olaraq təsdiq etsin və müvafiq tədbirlər görsün. Başa düşsün ki, yaratmış olduğu acınacaqlı vəziyyəti (bilərəkdən yaxud bilməyərəkdən fərq etməz) görməməzliyə  və eşitməməzliyə vurması sadə ifadə ilə desək kişi işi deyildir.

Kəlbəcərdə yandırılan ikimərtəbəli evin sahibi torpaq dərdinə dözməyərək dünyasını dəyişmiş, dəyərli insan, qayğıkeş həkim İslam Hüseynova məxsus olmuşdur.

Kəlbəcərə qayıtmağa hazırlaşan ailə üzvləri yanan evi gördükdə köçkünlüklə bağlı məruz qaldıqları faciəni yenidən yaşamalı olmuşlar.

Sözsüz ki, belə hisslər Putin və İlham Əliyevə çox yaddır. Amma bir həqiqət çox yaxındadır ki, layiq olduqları cəza da belələrini gecikmədən haqlayır. El arasında sözü ilə əməli üst-üstə düşməyənləri bir qısa ifadə ilə “flankəsin ağzı dediyini qulağı eşitmir” kimi təqdim etdirlər. Bu həmin şəxsin ətrafı və cəmiyyət üçün nə dərəcədə təhlükəli olduğunun lori dildə ifadəsidir. İlham Əliyevin hakimiyyətdə olduğu dövürün qısa xarakterstikası onu birmənalı olaraq təsdiq edir ki, o, artıq o həddə çatmışdır ki, daha dəqiq desək  o həddi ötüb keçmişdir ki, yalanla doğrunu ayıra bilmir. Təbabətdə belə bir patoloji xəstəlik mövcuddur ki, buna tutulanlar bir yalanı uydurduqdan sonra özləri onu həqiqət kimi qəbul edir və hətta bütün ömrünü sərf etmək hesabına başa gəlsə belə hamını bu yalana inandırmağa cəhdlər edir.

İlham Əliyev özü və yaxın ətrafı bir müddət onun qısa müddət ərzində əvəzolunmaz lider kimi formalaşmağı, bu hesabdan ölkənin dünya təcrübəsində anoloqu olmayan sürətlə inkişaf etdiyi fikirlərini formalaşdırmaqdan ötrü dəridən-qabıqdan çıxdılar.

Yüksək səviyyəli dövlət məmuru (nazir, komitə sədri, və s. və i.a) vəzifələrini tutmaqla. milyardlarla AZN-lə ölçülən pulları rahatca həzm edənlərdən bir çoxu bu yalanların gerçəklik formasında xalq arasında yayılmasına pul xərcləməkdən belə çəkinmirlər. Ancaq bu ağıldan qısa, cibdən qalınlar danılmasının mümkün olmadığı, yaşadığımız tarixin özünün təsdiq etmiş olduğu bir atalar misalını tamamilə yaddan çıxarırlar ki, “Yalan ayaq tutar ancaq yeriməz”. Həqiqəti inkar edənlərlə amansız davranan zaman bəzi şeyləri yerinə qoydu. Pandemiya özünü çatdırdı. İlham Əliyev yoxsulluq həddindindən aşağı yaşayanların sayını üç dəfə artıraraq 600 (altı yüz) min nəfərə qaldırdı. Sonra məlum oldu ki, bu da real sayla müqayisədə çox azdır. Sonra Sahil Babayev hərəkətə keçdi. Sosial yardıma (müavinətə) ehtiyacı olan minlərlə vətəndaşın müraciətinə ya ümumiyyətlə cavab verilmədi, yaxud ünvanına ruslar demiş yalançı bir “otpiska” göndərildi. İlham Əliyev və onun idarəçiliyi barəsində gipotezlərin sözün əsil mənasında icad edilməsi sahəsində xüsusi isdedad sahibi adını ala bildiyi üçün ürəyinin başına “millət vəkili” (kül başına düşsün ona səs verənlərin və seçki protokollarını saxtalaşdıranların) dəmiri mıxlatdırmış Vüqar Bayramova edilmiş müraciətlər də cavabsız qaldı. Amma biz bu “kişi”dən incimirik. Çünki onun əsas məşquliyyəti yalanlar icad etməkdir. Real həyat onluq deyil. Pandemiya dövründə maliyyə yardımı olanlar sırasında keçmiş nazirlər Misir Mərdanov, Hüseynağa Bağıraov hazırda fəaliyyətdə olan ən kasıb nazir Kəmaləddin Heydərov, PA-nın sabiq şöbə müdiri Əli Həsənovda var. İlham Əliyevin ən etibarlı meyarlar tətbiq olunmaqla bunlar müəyyənləşmişdir. Buna yalnız Azərbaycan dövlətçiliyinə düşmən kəsilənlər etiraz edə bilər. Bu “kişi”lərin meyarları ilə aparılmış ölçülərin şübhə altına alınması qadağandır.

Burada özümə daxili narahatçılıq gətirsə də bir şeyi qeyd etməyə bilmirəm. Sahil Babayev özünə və İlham Əliyevə məlum olan meyarlara (qanuni meyarlar bunun əksidir) görə birdəfəlik müavinət verilməsindən imtina olunan, Şəkidə yaşayan vətəndaşın oğlu Füzuli şəhərinə qələbə bayrağı sancmaqla yanaşı şəhidlik  zirvəsinə ucaldı, Sumqayıtda yaşayan ananın oğlu isə müharibənin əvvəlindən sonuna kimi məkrli düşmənə qarşı vuruşdu. Məlum səbəblərdən mən bu vətəndaşların adlarını qeyd etmirəm. Onlar barəsində cari ilin mart ayından sonra keçən dövr ərzində Sahil Babayevə, İlham Əliyevə, Vüqar Bayramova (deputat) təkrar-təkrar yazılsa da müvafiq sənədlər təqdim olunsa da iki sətirlik bir cavab yazmaq üçün bu “kişi”lər bir dəqiqə boş vaxt tapa bilməmişlər.

Bilirsiz məni əsas nə narahat edir? Bir şeydən çox qorxuram ki, bunlar da ziya Məmmədov Füzuli Ələkbərov, Etibar Pirverdiyev, Əli Həsənov (keçmiş qacqınkom) və çox saylı digərləri. Yəqin ki, bu yaxınlarda bu siyahıya ağır çəkili hərbiçilər, prokurorlar, hakimələr, məhkəmə sədrləri, icra başçıları hətta söz-söhbətə inansaq möhtərəm prezidentin birinci-vitsesi və şəxsi cangüdəni də əlavə olunacaq. Talançıların və oğruların ifşasının vaxtı çatmışdır.

Necə deyərlər “nə əkərsən onu da biçərsən”. Cəmiyyət bir şeyin fərqinə varmalıdır ki, o özünün əkdiyini yox YAP-ın əkdiyini biçmək məcburiyyətindədir.

Altı ilə yaxın bir müddətdə oxucularımla bölüşmüş olduğum düşüncələrimin ana xəttinə bu günkü rakusdan baxaraq bir problemi qeyd etməyi vacib sayıram və növbəti görüşlərədək  deyib bu yazını başa çatdırıram.

Azərbaycan telekanalları Sizləri yalan adlanan zəhərlə zəhərləyirlər. Bunu çox asta və ustalıqla həyata keçirirlər.

Diqqətli olun.

Dəyərli, igid vətən oğullarının tökdüyü qan, itirdikləri həyat hesabına əldə edilmiş qələbəni İlham Əliyev Putinə yaramaq üçün bir necə dəqiqə ərzində heçə endirdi. Bu məsələnin bu gün aydın görünən tərəfidir. Lakin, bunun ölkə və xalq üçün daha təhlükəli olan adı gözlə görünməyən, böyük əksəriyyətin əhəmiyyət vermədiyi tərəfi də vardır ki, onu qeyd etməyi lazım bilirəm. Bu ondan ibarətdir ki, ölkədə inkişafa onun qarşısında duran ən ümdə problemlərin həllinə mane olan birliyin olmamısı idi.

Müqəddəs torpaqlar uğurunda savaşa hamı birgə qalxdı və heç bir çağırışa ehtiyac qalmadı. Mən şəxsən çox istədiyim, arzusu ilə yaşadığım bu birliyi, qarşılıqlı anlaşmanı ən böyük naliyyət kimi qəbul etdim. İlham Əliyev bunun əhəmiyyətini lazımınca qiymətləndirə bilmədi. Putinə satılmaqla bu birliyə son qoydu və bu gün mən inanmıram ki, bir də bu birliyə nail ola bilək. Bu, İlham Əliyevin bağışlanması mümkün olmayan səhvidir. Onun ən yüngül cəzası bu səhvi səmimi etiraf  etmək və özünü bu xalqın yaddaşından bir dəfəlik silmək üçün rədd olub getmək.

Xüsusi hazırlanmış  adamları, muzdluları küçəyə axıdaraq saxtalaşdırılmış qələbəni bayram etdirirlər. Bu hay-küyün, anlaşılmaz situasiyanın bütün ölkəni çulğadığı zaman kəsiyində məlum oldu ki, rus qoşunları respublikanın suveren hüquqla qorunan ərazilərinə yeridilmişdir və mülki əhali adı altında Xankəndinə ermənilər muzdlu terrorçuları yerləşdirirlər. Putinin tələbi və tapşırığı ilə Kəlbəcərin boşaldılması on gün uzadıldı və bu müddət ərzində ruslar həmin yolla Ermənistandan Xankəndinə 10 min nəfərdən artıq terrorçunun gətirilməsini təmin etdilər. Hazırda hümanitar yük adı altında rusiyanın “Fövqəladə hallar” “müdafiə” və digər nazirlik və qurumlarının xətti ilə Azərbaycan ərazisinə silah-sursat daşınır.

İlham Əliyev təkbaşına, məsuliyyət altına girərək imzaladığı bəyannəmənin ölkə üçün nəyə başa gəldiyinin fərqindədirmi? Məncə yox. Məndə əsaslı şübhələr vadır ki, onun özü də elə Nəcməddin Sadıxovdan heç nə ilə fərqlənmir. Doğru olduğumu yaxın tarix sübut edəcəkdir. Fransa senatırında mövcud olmayan Dağlıq Qarabağ respubliksının tanınması barəsində yüzdə-yüz faiz beynəlxalq qanunla zidd qətnamə çıxarılması ilə ilham Əliyevin imzalanmış olduğu yüzdə-yüz faiz qanunsuz bəyannamə arasında bir əlaqə görürəm.

Emauel Makronun mövcud olmayan respublikanın tanınması barəsində çıxartdığı qətnaməni Putin de fakto yerində təşkil edir və Əliyev başını yelləməklə növbəti yalan ixtirası ilə məşqul olur.

Mənim proqnozum çox pissimisdir. Bu, yük altında yaşamaq mümükün deyil. Çox xahiş edirəm kimsə bunu inkar etsin.

Oxuculara dərin sevgi və sayğılarla                  Tahir Babayev

Bunu paylaş: