İlham Əliyev hamıdan yaxşı bilir!!!

 

 

Hörmətli oxucular, son 3 ayda Azərbaycanın neft-qaz və xam neft məhsullarının satışından əldə etdiyi gəlirləri sizlərlə bölüşmək istərdim. Bu işdə Azərbaycan xalqının gəlirlərinin nə qədər olduğu və gəlirlərin hara getdiyi barədə məlumat verəcəyik. İlk önçə xam neftdən alınan gəlirləri sizlərin diqqətinə çatdırmaq istərdik. Bu ilin ilk rübündə Azərbaycanın Hindistan, İspaniya, İsrail, Çin, Ukrayna, Yunanıstan və s. kimi dünya dövlətlərinə satdığı xam neftin dəyəri ümumilikdə 3 milyard dollara yaxındır.

İndi isə gələk neft satışına; Bu ilin yanvar – mart aylarında Azərbaycan, neft satışından 7 milyard dollardan çox gəlir əldə etmişdir. Ən çox neft satışı olan ölkələr arasında İtaliya və İsrail liderlik etməkdədir. Nəzərə olsaq ki, bu gün neftin dünya bazarında satış qiyməti 50 dollardan aşağıdır. Sonda isə qaz gəlirlərimiz qeyd etmək istərdik; Azərbaycanın bu ilin ilk üç ayında qaz satışından əldə etdiyi gəlir təxminən 4 milyard dollara yaxındır. Əsas alıcılarımız İtaliya və Yunanıstandır. Hələlik Yunanıstan qazının 20 faizini Azərbaycan versə də, yaxın zamanda rəsmi Afina bu alışı 50 faizə qaldırmaq istədiyini söyləmişdir.


Bu rəqəmlər Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dərc edilmişdir. Lakın bu rəqəmlər açıq şəkildə şübhə doğurmuşdur. Bu gün Azərbaycan hakimiyyəti, neft – qaz və xam neftdən 56 milyard dollar gəlir götürür. Bu da Azərbaycan manatı ilə 95 milyard manat etməkdədir. Digər tərəfdən isə bu rəqəmləri DGK yaydığından insanlarda şübhə doğurmağa başlamışdır.

Çünki Gömrük Komitəsi Azərbaycan vətəndaşlarından bu çür rəqəmləri hər zaman gizlətmişdir. Neftin qiymətinin ən aşağı olan vaxtda Azərbaycana 47 milyard manat gəlir gəlmişdir.
Bəs bu pullarımız hara gedir? Əsas sual budur. Bu sualın cavabını isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hamıdan yaxşı bilir.!!!

Mikayıl Əsədov.

Bunu paylaş: