İlham Əliyev hakimiyyəti, deportasiya edilənləri həbs edir

 

Son vaxtlar Azərbaycan vətəndaşlarının Avropa ölkələrindən kütləvi deportasiya olunduğunu görürük. Ölkədə siyasi, ekonomik, sosial problemlərdən qaçan əhali, Avropaya bu məqsədlə üz tutmaqdadır. Lakin Azərbaycan hakimiyyəti vətəndaşlarımızı orada da rahat buraxmaq fikrində deyil.

Avropa ölkələrindən deportasiya edilən bir qrup vətəndaşımızın yaxınlarının verdiyi məlumatı sizlərə təqdim edirəm.
Onlar qeyd edirlər ki, ailə üzvləri deportasiya edildikdən sonra, İlham Əliyev hakimiyyəti tərəfindən həbslərə atılır və müəyyən məbləğ qarşılığında azad edilir.

Digər tərəfdən isə, Avropa və digər xarici ölkələrdə siyasi fəaliyyət göstərən vətəndaşlarımızın yaxınları təhdid edilir. Aldığımız xəbərə görə, adının çəkilməsini istəməyən şəxs, qardaşının xaricdəki siyasi fəaliyyətinə görə atasının həbs edildiyini bildirir. O, atasının “şərlənərək” narkotik satıcısı kimi həbs edildiyini qeyd edir. Bir sözlə, İlham Əliyev hakimiyyətinin xarici ölkələrə üz tutmuş vətəndaşlarımıza qarşı təxribatları davam etdirir.

Hakimiyyətin məqsədinin iki yolu vardır.
1) miqrasiya xətti ilə deportasiya edilən şəxslərin, xaricdə qazandıqları pulları əllərindən almaq. Yəni şərlənərək həbs edib təzyiq etmək və pul qarşılığında azad etmək.
2) Xarici ölkələrdə əsasən də Avropa ölkələrində siyasi fəaliyyət göstərən vətəndaşlarımzın yaxınlarına təzyiq edərək, onların siyasi fəaliyyətlərinin qarşısını almaqdır.
Bir sözlə, İlham Əliyev hakimiyyətinin əli xarici ölkələrdə də, fəaliyyət göstərməkdədir. Xaricdə yaşayanlar, ehtiyatlı olun!

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın