İlham Əliyev “Haber Global” televiziya kanalına müsahibə verib

Azərbaycan prezidenti cənab İlham Əliyev Türkiyəmizin “Haber Global” televiziya kanalına müsahibə verib. Müsahibə zamanı cenab İlham Əliyevin ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ üzrə nümayəndə ölkələrin (Amerika, Rusiya, Fransa) necə ermeni lobbisi təsiri altına düşmələrindən söz açmışdır. İşğalçı Ermənistanın lobbisinin hətta dünyada böyük informasiya şəbəkələrinə də təsir etdiyini bildirmişdir. Onlar hər zaman Azərbaycanlılara qarşı insanlığa sığmayan cinayət törədərək sonda özlərini yazıq və zərər çəkmiş kimi göstərirlər. Bu dəfə Gəncədə baş vermiş erməni cinayetini də bu cür etmək istəsələr də, artıq dünya hər şeyi aydın gördü. Cənab İlham Əliyev işğalçı Ermənistana xəbərdarlıq edərək ordusunu Azərbaycanın əzəli torpaqlarından çıxartmağı söyləmişdir. Sonda Azərbaycan Prezidenti insanların yaxın zamanda öz doğma torpaqlarına qayıdacaqlarını və oranı cənnət edəcəklərini bildirmişdir.

Bunu paylaş: