İlham Əliyev “general – polkovnik” Kərim Vəliyevi hara hazırlayır?

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, bir neçə dövlət məmuruna yeni rütbə vermişdir. Diqqətimizi çəkən şəxs isə, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Kərim Vəliyevdir. İlham Əliyevin Kərim Vəliyevi “general – polkovnik” rütbəsi ilə təltif etməsi böyük marağa səbəb olmuşdur.

Ola bilər ki, Kərim Vəliyev gələcəkdə yüksək rütbəli vəzifəyə təyin olunsun?.
İlk insanın ağlına gələn Müdafiə naziri- dir. Görünür İlham Əliyev yaxın vaxtlarda Zakir Həsənovu vəzifəsinədən azad edəcək. 44 günlük müharibə zamanı ölkə başçısının Müdafiə Nazirliyindən narazılığının hər kəs şahidi olmuşdur. İndiki vaxtda isə, Kərim Vəliyev nazir, Baş Qərargah rəisi isə, Hikmət Mirzəyevin olması pis olmazdı.

Digər tərəfdən isə, İlham Əliyevin göstərişi əsasında Kərim Vəliyev Türkdilli Dövlətlər Birliyində, Azərbaycanın ordusuna rəhbərlik edə bilər. Türk NATO – sunda yüksək vəzifəyə təyin olunması etimalı da böyükdür. Getdikcə güclənən Türk Birliyinin son görüşündə, birgə ordu yaradılması qərarına gəlindiyini deyə bilərik. Azərbaycan və Türkiyənin hərbi birliyinə digər dövlətlərin də qoşulması, yeni hərbi blokun yaratdığını deyə bilərik.
İnanırıq ki, yaxın zamanda hansı dəyişikliklərin olacağı barəsində, İlham Əliyev ictimaiyyətə xəbər verəcəkdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın