İlham Əliyev göstəriş verdi

 

 

Prezident İlham Əliyev bir müddət əvvəl Türkiyə Milli Müdafiə nazirini qəbul etmişdir və bu görüşdə çox mühüm mesajlar vermişdir. Prezidentin sözlərinə görə, tez bir vaxta Horadisdən Zəngilana qədər Ermənistan sərhəddinə kimi dəmir yolunun çəkilişnə göstəriş vermişdir. Gələcəkdə bu dəmir yolu Naxçıvan – Zəngilan dəmir yolu ilə birləşəcəkdir.

İlham Əliyev açıq mesaj verərək onu da qeyd edib ki, dəmir yolunun tikintisi iki il müddətinə hazır olacaqdır və biz paralel olaraq bu vaxta qədər avtomobil yolundan da istifadə edəcəyik. Hətta İlham Əliyev Hülusi Akardanağır yüklü avtomobillərlə həmin yoldan yük daşımalarını istəmişdir. Türkiyə və Azərbaycan arasında bu yol çox vacib məna kəsb edir. Hər iki dövləti strateji cəhətdən birbaşa bir-birinə bağlayır. Prezident İlham Əliyevin göstərişi ilə qısa vaxtda bu yol ilə Türkiyə və Azərbaycan arasında gediş-gəliş təmin ediləcəkdir.

Mikayıl Əsədov.

Bunu paylaş: