İlham Əliyev – elə həmin İlham Əliyevdir.

YÜKSƏK VƏZİFƏ    başında olan cinayətkarlar, cinayətlərini yenidən araşdırırlar. Deməli İlham Əliyev, Kamran Əliyev, Əli Nağıyev, Vladimir Jirinovskinin layiqli nökəri, davamçılarıdırlar. Sübut  etməliyik ki,  Jirinovskinin   sərsəmləməsinin  xalqa  heç  bir  aidiyyatı  yoxdur. O  DEYİM  bu  rəzillərə  aiddir.

İlham Əliyevin bic doğduğu millət vəkilləri daha qalın yonca axurunun arxasına keçmək tamahında yarışa girişiblər.

Biri deyir “Ali baş komanda”nın idarəsi  (XAİNLİK  VƏ  SATQINLIQ  DA  İRADƏ  İMİŞ)    ortadadır. Biri söyləyir “Cənab prezident” Tərtərə ədalət gətirəcək. Bir başqası isə elə nağıl uydurur ki, adam lap məətəl qalır. İstəyirsən ki, özünü ona inandırasan ki, İlham Əliyev 2003-cü ildə  cənnəti   cəhənnəmə   çevirmək  üçün  torpaq  altına  gömülmüş,  indi  isə  xalqın  bütövlükdə soyqırımına  nail olmaq  üçün  xortdamışdır.

Ay Fəzail Ağamalı, Musa  Qasımlı, Zahid Oruc, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Vüqar Bayramov, Hikmət Məmmədov, Səməd Seyidov, Qənirə Paşayeva, Arzu Nağıyev, Elman Nəsirov, Malik Həsənov, Əhliman Əmiraslanov, Aydın Mirzəzadə sizləri görəsən hansı ana doğub  bu dünyanı zibilləyib. Vallah sizlərdən heç birinizə qarşı şəxsi qərəzim yoxdur. Amma öz gözlərimlə görəndə ki, siz qarnınızın bəlasına düşərək hər bir alçaqlığa gedirsiniz, pula nəyiniz varsa satırsınız, bunu dərk edə bilmir, cəhənnəm əzabı çəkirəm. Özümə sual verirəm  görəsən  bu  dərəcədə  yaltaqlanaraq  alçaldıqdan  sonra  evdə uşaqlarının  üzünə  necə  baxa  bilirlər? Bu atmosferdə tərbiyə olunan uşaqlar  sözsüz ki, sabah anaya oğul, vətənə isə müdafiəçi ola bilməyəcəklər.

Tərtər qətliamının cəmiyyəti ayıltmadığını gördükdə ümumiyyətlə bizim nə vaxtsa öz taleyimizə sahiblənə biləcəyimizə məndə əsaslı şübhələr yaranır. Deputat adı daşıyan xainlər və satqınlar layiqli cəzadan kənar qalacaqlarına necə özlərini inandıra bilirlər?

Ölkənin, dövlətin, xalqın taleyinin gündəmdə olduğu hamının artıq gözləri qarşısındadır. Bütün bu bəlaların millətin başına gəlməsinin yalnız bir günahkarı var. Bu da ölkədə hakimiyyəti mənimsəmiş İlham Əliyevdir. Baş prokurorluq ümumimilli fəlakət olan Tərtər faciəsi üzrə cinayət işini təzələyərkən sözsüz ki, bundan ötrü ən azı ölkə başçısı ilə   məsləhətləşmələr olmuşdur.

İndi cəmiyyəti yalnız bir sual narahat edir. İlham Əliyev növbəti dəfə qeyri-səmimi olduğunu nümayiş etdirəcək, yoxsa kişiliyini  ortaya  qoya biləcəkdir. Cinayətkar çətə bu boyda faciə üçün məsuliyyəti öz üzərinə götürə bilməyəcəkdirmi? Hazırda yüksək  vəzifələrdə qalmaqla onlar (sözsüz ki, onları hakimiyyətdə SAXLAYAN  İ.Əliyevdir.Bu  misli görünməmiş  xəyanətin sifarişçisi də  onun özüdür. Özündən aşağıdakıları qorumaqla özünə qalxan   təşkil  etmək  zorundadır. Lakin, bunu həyata  keçirmək ona müyəssər olmayacaqdır.Özlərini və ağalarını məsuliyyətdən yayındırmaq üçün çalışanların  da  zəhmətləri  əbəsdir . Bu yol  onları çox biabırçı, alçaq ölümə aparacaqdır.

Burada bir haşiyəyə çıxıb şahidi olduğum bir məsələni qeyd edirəm. Səhv etmirəmsə 1990-cı ilin axırları idi. Bədnam qonşularımız Mixail Qorbaçovun ətrafındakı separatçı ermənilərin köməyi ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini o vaxtı SSRİ Ali Sovetinin qurultayına çıxarılmasına  nail olmuşdular. Azərbaycan nümayəndələrinə qatılmış rəhmətlik Mirzə İbrahimov qurultayda çıxışını onunla başladı ki, Uca Allah insanın başına öz əli ilə faciələr gətirməsi üçün əvvəlcə onun ağlını başından çıxarır. Bununla da Qorbaçova solaxaydan  tərs  sillə çəkildi və ermənilərin arzuları ürəylərində qaldı.

Azərbaycan cəmiyyətinin ağlını Allah 2003-cü ildə başından aldı. Bütün murdar əməllərdə liderliyi özündə cəmləşdirirmiş debilin birisini ölkənin başında oturtdu. Həyat və əmək təcrübəsi Moskvanın  KAZİNOLARI ilə, mənəviyyatı, qeyrəti və namusu Heydər Əliyev nümunəsi ilə ölçülən avaranın birisi 20 ilə yaxındır ki, insanların başında tərs dəyirmanı fırladır. Tərtər faciəsi şəxsən onun şimallı ağalarının göstərişi və nəzarəti ilə həyata keçirdiyi xəyanətlərindən  yalnız biridir. Belə faciələr saysız-hesabsızdır.

Azərbaycan xalqı xanımlar Validəyə və Rəvanəyə, bəylər Mirmahmud  Mirəlioğlu, Qurban Məmmədli, İlham Aslanoğlu, Ərəstun Oruclu və onlarla yanaşı addımlayanlara minnətdar olmalıdırlar ki, Əliyevlər hakimiyyətinin öz axsaq əxlaqlarının  xalqın  tarixinə  hopdurulmasının qarşısının  alınması  üçün  öz  yenilməz  cəsarətlərini  ortaya  qoydular. Cinayətkar  rejimi  durdurdular.

MM-də  rejimin   qara  günü  üçün  bəslənilən  quyruq  bulayanlar  bu  milli  faciədən  də  dividend  əldə  etmək  iştahasındadırlar. Burada  bir yağlı  söyüş  dilimi  yandırır Amma  onu  deyə  bilmirəm. Tərbiyəmə  ziddir.

Mən  də  digərləri  kimi  iqtidarın  səmimiyyətinə  qətiyyən  inanmıram. İ.Əliyevdən  hökmdarlığı  dövründə  bir  düz  söz  belə  eşitməmişəm.AzerFredoom  ailəsinin,adlarının  ölkə  tarixinə  qızıl  hərflərlə  yazılacağı  Validə  xanımın,  Rəvanə  xanımın,Mirmahmud  bəyin, Ərəstun  bəyin, Qurban  bəyin,  İlham  Aslanoğlunun,   Nasir  bəyin,  cəsur  komutan  Vaqif  Abdullayevin  sözlə  ifadəyə  sığışmayan  gərgin  əməyinə  rəğmən  ortaya  qoyumuş  nəticəyə  irticaçı  qüvvələrin,Lavrovun  ölkədəki  nökərlərinin,cəsuslarının  müdaxiləsinə  qarşısı  sərt  addımlar  atılmalıdır.İ.Əliyev   və  Sahibə  Qafarova tam  izolyasiya  edilməlidirlər.Xarici  kəşfiyyatın  bu  prosesə  müdaxiləsinin  yolu  onlardan  keçir.Ümid  yalnız  bərabər  hüquqlu  müstəqil  üzvlərdən  formalaşdırılmış  ictimai  nəzarət  komissiyasınadır.Bu  komissiyanı  heç  bir  dövlət  orqanının  və  ictimayi  təşkilatın  iştirakı  olmadan  zərərçəkənlər  formalaşdırırlar.  Komissiya  yalnız  zərərçəkənlər  qarşısında  hesabat  verməlidir.Onun  ləğvi  və  tərkibində  dəyişikliklər  edilməsı  zərərçəkmişlərin  müstəsna  hüququdur.Birgə  fəaliyyət  üçün  zərərçəkmişlərin  xüsusi  işçi  qrupun  yaradılması  zərurəti  vardır.

İctimai  nəzarətin  işinin  təşkilinin  əsas  yükünün  mənim  üzərimə  qoyulmasını  təklif  edirəm. Görkəmli  hüquqşünaslar  Namizəd  Səfərov, Əkbər  Rüstəmov,   Fəxrəddin  Mehdiyev,  Mahir  Quliyev, Meybulla  Məcidov  və  çoxsayı  digər  vətən  qeyrəti  çəkənlər   mən  üzümü    Sizlərə  tutaraq  acizanə  xahiş  edirəm.  Kim   vətənin  dar  günündə  əlindən  gələni etmək  istəyirsə  tərəddüd  etməsin. BİR  DAHA  XAHİŞ  EDİRƏM!!!! İRƏLİ ÇIXIN!!!!!!

 

 

  DƏRİN  HÖRMƏT   VƏ  SAYĞILARLA,                 TAHİR  BABAYEV                                     

                                                30.12.2021-ci il             055 577 53  11

Bunu paylaş: