İlham Əliyev deyir ki, əhalinin 5 faiz gəliri atıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Füzuli rayonuna səfəri zamanı ölkədə iqtisadi inkişafın 5 faiz, neft-qaz sənayesində isə 20 faiz artım olduğunu qeyd etmişdir. Ölkə başçısı pandemiyadan sonra, son bir neçə ay ərzində iqtisadiyyatın artmasını uğurlu adlandırmışdır. İlham Əliyevin bu çıxışından sonra biraz araşdırmalar aparsaq yaxşı olardı.
İlk öncə deyə bilərik ki, Amerika kimi ölkənin pandemiyadan sonrakı vəziyyəti daha da pisləşməkdədir. Almaniya kimi dövlətin iqtisadiyyatı 13 faiz geriləmişdir. Çin kimi ölkənin iqtisadiyyatı 19.5 faiz geriləmişdir. İqtisadi cəhətdən ən güclü dövlətlərdə geriləmə müşahidə olunduğu bir vaxtda, Azərbaycanda hər şey əksinə olduğunu deyə bilərik.

İqtisadi artımın ən önəmli qanunu adam başına düşən gəlirlərin artmasıdır. Bundan sonra iqtisadi artımdan söhbət açmaq olar.

Bütün xalqımıza sual vermək istərdim: Kimin son doqquz ayda gəlirləri 5 faiz artmışdır?
Hərdən elə gəlir ki, biz başqa dünyanın ölkəsiyik. İlham Əliyev çıxışlarında elə rəqəmlər söyləyir ki, inkişaf etmiş ölkə liderləri özlərindən sübhələnməyə başlayırlar. Hər il İlham Əliyev iqtisadi artımı artırır, neft və qaz baha qiymətə satılır, lakin Azərbaycanda insanların yaşayışı gündən günə pisləməyə başlayır. Çünki İlham Əliyevin yürütdüyü siyasət yalan üzərində qurulduğundan, əhalimiz də yalandan yaşamağı tərciyə edir. İşsizlik, korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı, yalan siyasət xalqımızı məhvə aparan yoldur. Bu gün İlham Əliyevin siyasətində bütün bu əməllərin şahidi ola bilərik.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın