İlham Əliyev Co Baydenə yazdığı məktubda nə demək istəyir

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenə məktub ünvanlamışdır. Məktubda iki ölkə arasında inkşaf və Amerikanın Azərbaycanı dəstləməsinsən söhbət açılmaqdadır. Ölkə prezidenti əsasən Co Baydenin diqqətinə, 30 il bundan əvvəl başlayan dəstəyə görə və enerji sahəsindəki Amerikanln roluna görə minnətdarlığını bildirmişdir.

Bu məktubda enerji və müstəqilliyimizə dəstək sözlərinin arxasında böyük siyasi məna kəsb edildiyini deyə bilərik. İlham Əliyev bu məktubu Co Baydenə yazmaqla enerji resurslarımızın təhlükədə olduğunu və Amerika Birləşmiş Ştatlarının dəstəyinə ehtiyac duyulduğunu bildirmək istəyir.
Görünür, son zamanlar şimaldan əsən soyuq küləklər İlham Əliyevi Co Baydenə məktub yazmağa məcbur etmişdir.

Digər tərəfdən isə, Amerika tərəfindən Azərbaycana qarşı qərəzli mövqe tutanlar ölkəmizin Avropada enerji dominantlıını istəmir. Senatorlar, nümayəndələr şəklində Azərbaycana maneələr törətməkdədirlər.

Bu məktubun bir mənası da bu ola bilər ki, ölkə prezidenti Co Baydenə bu barədə xəbərdarlıq etmək istəyir. Bilirik ki, Avropanın enerji sahəsində əsas alternativ yolu Azərbaycandan keçməkdədir. Rusiya isə, ölkəmizin onları əvəzləməsini istəmir. Bu səbəbdən də, Kreml erməni lobbisinin əli ilə bizə qarşı təxribatlar törətməkdədir.
İlham Əliyevin də Co Baydenə yazdığı məktubda hər şey aydın görünür.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın