İlham Əliyev Cəbrayıldan İrana şəkli ilə mesaj göndərdi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara səfəri demək olar ki, “ultimatum” verməklə bitmişdir. Səfəri zamanı Ermənistana ,İrana, Qərbə sərt çıxışları ilə yadda qalmışdır. Bizləri bu çıxışlarda əsas maraqlandıran tərəf isə İran olmuşdur. İran ordusunun son vaxtlar Azərbaycan sərhəddində keçirdiyi genişmiqyaslı təlimləri şərh edən İlham Əliyev, bu təxribatın dövlətçiliyimizə qarşı olduğunu qeyd etmək istəməsi real görünə bilər. Mollalar təlimlər keçirmələrində səbəb kimi guya İsrail dövlətinin onların sərhədindən olmasından gileylənmişlər.

İran mollalarına cavab olaraq qeyd etmək istərdik ki, bu tip düşünmək absurd məsələdir. Sən demə, İsrail Azərbaycanda torpaqlar azad olunandan sonra peyda olmuşdur. Bəs niyə indiyə kimi rəsmi Tehran Azərbaycana öz etirazını bildirməmişdir? Mollaların qorxusu İsrail deyil, onlar yaxşı anlayırlar ki, Azərbaycan xalqı Qarabağın arxasınca qayıtdığı kimi, Təbrizin də arxasınca geri qayıdacaqdır. Mollaları narahat edən əsl məsələ bütöv Azərbaycandır.

Əgər İsraili özlərinə düşmən bilirlərsə, hər zaman pafoslu boş-boş nağıl danışmağa ehtiyac yoxdur, sadəcə düyməni basmaq kifayətdir. Dəfələrlə molla generallar və hakimiyəti tərəfindən İsraili məhv etmək kəlmələri eşitməkdəyik. Burda deyərlər, boşuna danışmaq lazım deyildir, bacarırsansa et.
Bir sözlə, İran Azərbaycan, Türkiyə, Pakistan və İsrailə göstərmək istəyir ki, Təbrizi unudun. Yəni xalq arasında belə deyim vardır:” it qorxduğundan hürər”. Siyasi baxımdan deyə bilərəm ki, İranın bu cür təxribatlarına, İlham Əliyev səfəri zamanı İsrail istehsalı olan “Harop” PUA-sının yanında çəkdirdiyi şəkillə cavab vermiş oldu.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın