İlham Əliyev bu addımı ilə Rusiyanın adamı olduğunu bir daha göstərdi

Bütün dünya gördü ki, Rusiya Ukrayna ərazilərini işğal etməkdədir. Putinin separatçı siyasətinə etiraz edənlər açıq şəkildə bunu elan etməkdədirlər. Hətta bəzi ölkələr beynəlxalq sanksiyalardan əlavə, öz ölkələri adından da Rusiyaya sanksiyalar tətbiq etmişlər.

Bu zaman bir sual ortaya çıxır : əgər bütün dünya Rusiyanı işğalçı, Putini isə terrorçu adlandırırsa, niyə, Azərbaycan hakimiyyəti susur? Axı ölkəmiz eyniliklə Ukraynanın vəziyyətindədir..

Əsrlərlər boyu Rusiya Azərbaycana qarşı işğalçı siyasət yürütmüşdür. Nəzərə alsaq ki, son 44 günlük Qarabağ müharibəsi zamanı Ukrayna Azərbaycana rəsmən dəstək verməkdə idi. Hətta, onlar ermənilərə məxsus silah daşıyan təyyarələrin üzünə öz hava məkanlarını bağlamışdırlar.

Digər tərəfdən isə, illərdir Ukrayna və Azərbaycan xalqının dostluğu ən azından İlham Əliyevi bəyanat verməyə vadar etməli idi. Azərbaycan hakimiyyətində Ukraynanı dəstəkləyən hər hansı bir xəbərin olmaması bizi qardaş xalq qarşısında dünyada pis duruma salır.

İndi aydın olur ki, İlham Əliyevin susqunluğu nədən xəbər verir. Azərbaycan prezidenti bir daha Rusiyaya sadiqliyini nümayiş etdirməkdədir.
Bu gündən sonra İlham Əliyevin kimin adamı olduğu dünyaya bəlli odu. Bununla da, ölkə başçısı, atası Heydər Əliyev kimi Rusiyanın adamı olduğunu bir daha sübut etdi.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın