İlham Əliyev Brüssel səfərindən sonra erməni əsirləri deyil, Tərtər 1767 əsirlərini azad etsin!

Aprel ayının 6-da Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan Baş Naziri Nikol Paşinyanın Belçikanın paytaxtı Brüsseldə görüşü gözlənilir. Əvvəlki məqalələrimizdə qeyd etdiyimiz kimi, bu görüşdən də real nəticə gözləmək çətindir.

Bu gün qeyd etdiyimiz məsələ isə tam başqadır. Bildiyimiz kimi, İlham Əliyev hər dəfə Brüsseldən qayıdan kimi ianələr verməkdədir. Xatırladaq ki, son Brüssel görüşü zamanında bir neçə erməni əsirini təhvil vermişdir. Əvəzində isə, 25 faiz dəqiqliyi olan mina xəritələri əldə etmişdir.

Görüşdən nəticə əldə edilməyəcəyini Ermənistan tərəfi birbaşa bildirməkdədir. Buna misal olaraq son bir neçə gündür ki, hərbi gərginlik hiss olunmaqdadır.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə aprel ayının 3 – dən erməni tərəfi Tovuz rayonu istiqamətində atəşkəsi pozmaqdadır. Üstəlik də Ermənistan Fərrux yüksəkliyindəki hadisələrdən yaman narahat olduğunu dilə gətirməkdədir.
Açığı, bölgəmizdə vəziyyətin müharibə fazasına keçməsi an məsələsidir.

Sonda deyə bilərik ki, İlham Əliyev Brüssel səfərindən sonra özünə məxsus humanistlik nümayiş etdirərək erməni əsirləri azad edə bilər. Axı Azərbaycan prezidenti xalqına qarşı qəddar, digərlərinə mülayimdir. Yaxşı olardı ki, İlham Əliyev Brüssel səfərindən sonra erməni əsrləri deyil, “Tərtər 1767” hadisələri zamanı şərlənərək həbs edilən oğullarımızı azadlığa buraxsın!

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın