İlham Əliyev bilməlidir ki, ölkədə korrupsiya, rüşvətxorluq və qanun pozuntularının qarşısını yalnız hakimiyyəti dəyişməklə almaq olar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə vasitəsilə məmurlara xəbərdarlıq etmişdir. O: “məmurlar xalqın xidmətçiləridir”,- deyərək öz fikrini bildirmişdir. Lakin İlham Əliyevin sözlərinə görə hələ də hakimiyyətdə korrupsioner, rüşvətxor, özləri və yaxınları tərəfindən qanunsuzluğa yol vermiş məmurlar vardır. Daha sonra ölkə başçısı qanunsuzluq edən məmurların cəzalandığını və hər kəsin qanun qarşısında bərabərhüquqlu olduğunu bildirmişdir.

İlham Əliyev bu gün məmurlara xəbərdarlıq etməklə nə demək istədiyini sizlərə bildirmək istərdik.
İlk öncə, prezident bu sözlərlə məsuliyyətdən yayınmağa çalışır. Guya ölkədə bəzi məmurlar korrupsioner, rüşvətxor və qanun pozuntularına yol verənlərdir və İlham Əliyevin göstərişi ilə həmin şəxslər cəzalanır.
Burda bir sual ortaya çıxır; Kimsə deyə bilər ki, Azərbaycanda hansı nazirliklərdə, komitələrdə, dövlət idarələrində rüşvət, korrupsiya, qanun pozuntuları yoxdur?…
Bu sualın cavabı yəqin ki, yoxdur.

Bu gün İlham Əliyev məmurların cəzalandığını deyir. Ölkə başçısı İllərdir eyni sözləri təkrarlasa da, daxildə məmurlar tərəfindən korrupsiya, rüşvətxorluq, qanun pozuntuları yenə də inkişaf etməkdədir.
Yuxarıda qeyd etdiyimiz kimi, bəli, illərdir ölkədə heç nə dəyişmir, əksinə, getdikcə vəziyyət daha da pisləşir.

Sonda qeyd etmək istərdik ki, hansısa qanunu pozan məmuru cəzalandırmaqla heç nə dəyişmir. Əgər ölkədə korrupsiyaya, rüşvətxorluğa, qanun pozuntularına son qoymaq istəyiriksə, tək yolu İlham Əliyev və hakimiyyətinin istefasıdır. Hər dəfə boş sözlər verib xalqı aldatmaq nəyə gərək?

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın