İlham Əliyev, Beynəlxalq Təşkilatların çağrışlarına zamanında əməl edərdiniz

Azərbaycan prezidenti İlham Əliyev dünən Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaarı qəbul etmişdir. İlham Əliyev son zamanlar Ermənistanın Azərbaycana hücumlarından söhbət açaraq bildirmişdir ki, bizdə olan kəşfiyyat məlumatlarına görə Ermənistan Azərbaycana hücum etməyi planlaşdırır. Bu görüş zamanı Azərbaycan prezidenti Aİ-nin nümayəndəsinə bildirmişdir ki, bizə boş bəyanatlar yox, real nəticələr lazımdır. Daha sonra İlham Əliyev təcəvüzkarlıq siyasətini dayandırmaları üçün Ermənistana nə təzyiq edə biləcəyini görmək istədiyini bildirmişdir. Son vaxtlar nədənsə İlham Əliyev və komandası Beynəlxalq Təşkilatlara yalvarmağa başlamışlar. Hakimiyyətin bu yalvarışlarının səbəbi :
İlham Əliyev və komandası artıq anlamağa başlayır ki, hər şey hər zaman onların diktaturalığı altında gedə bilməz. Hakimiyyətin yalvarışlarından bir məqamı sizə açmaq istərdim, Beynəlxalq Təşkilatlar hər zaman İlham Əliyev və komandasından insan haqqlarının qorunmasını tələb etmişdir; buna məhəl qoymadığınız halda niyə Beynəlxalq Təşkilatlar sizin tələblərinizə əməl etsin?

Mikayıl Əsədov.

Bunu paylaş: