İlham Əliyev Azərbaycandakı bahalaşmanı xarici ölkələrin üzərinə atır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, bu yaxınlarda yerli jurnalistlərə verdiyi müsahibə zamanı ölkənin daxilində baş verən bir çox məsələlərə toxunmuşdur. O, ölkədə çörəyin qiymətinin bahalaşmasının qaçılmaz olduğunu qeyd etmişdir. Ölkə başçısının sözlərinə görə, un məhsullarını xarici ölkələrdən aldığını əsas gətirərək və həmin ölkələrdə bu kimi məhsulların bahalaşmasını qeyd edərək bildirmişdir ki, bu amil çörəyin qiymətinin bahalaşmasına birbaşa təsir etmişdir. O, Azərbaycanın Rusiya və Qazaxıstandan buğda, arpa və s. kimi məhsul aldığını qeyd edib.

İlham Əliyev öz çıxışında xarici ölkələrdəki bahalaşmanın Azərbaycana da təsir etdiyini bildirmək istəyir.
İstərdik ki, sizlərlə Azərbaycan prezidentinin bahalaşma ilə bağlı sözlərini təhlil edək. İlham Əliyevin bu yanaşması bizlər üçün gülüş doğurmaqdadır.

İlk öncə hər il Azərbaycan iqtisadiyyatının yüksəlməsini ölkə başçısı az qala hər saniyə qeyd edir. Müstəqillik dövründən bu günə qədər eşidirik ki, ölkəmiz un məhsulların xaricdən almaqdadır.
Digər gülünc məsələ burasıdır ki, Azərbaycanda taxıl əkmək üçün min cür şərait vardır. Hətta ölkəmizdə zamanında taxıl sektoru inkişaf edilsəydi,
digər ölkələrə də sata bilərdik.

Məsələ burasındadır ki, İlham Əliyevin təyin etdiyi məmurlar ölkəmizdə bütün boş sahələri kasıbların əlindən alaraq özəlləşdirmişlər. Bu səbəbdən ölkədə taxıl məhsullarının inkişafı yoxdur.
Digər tərəfdən, Azərbaycanda bu şəraiti yaratmaq üçün hər bir imkan vardır.

Ölkə başçısının çıxışından sonra, ölkədə ət və ərzaq məhsulları da bahalaşmışdır. Qeyd edə bilərəm ki, monopoliya, korrupsiya, rüşvətxorluq ölkə iqtisadiyyatına təsir edən amillərdəndir.
İlham Əliyevin dünən iqtisadi artımdan, bu gün isə, bahalaşmanın qaçılmaz olduğundan danışmağı bizdə bu səbəbdən gülüş doğurmaqdadır.
Ümumiyyətlə, Azərbaycanın münbit torpağı, çoxsaylı iqlim şəraiti bizə əsas verir ki, başqa ölkələrdən ərzaq məhsulları almayaq. Lakin İlham Əliyev və hakimiyyətinin yürütdüyü siyasət nəticəsində hər şey bərbad vəziyyətə düşmüşdür. Necə ki, xalqın yeraltı sərvətləri hakim ailə tərəfindən mənimsənilmiş, yerüstü sərvətləri də bu cür mənimsənilməkdədir!.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın