İlham Əliyev Azərbaycanı böyük Quantanamoya çevirib

 

Hörmətli oxucular, son zamanlar Azərbaycanda sosial media xəbərlərində, televiziya verilişlərində cinayətlərin sayını daha çox nümayiş etdirən xəbərlər öz əksini tapmaqdadır. Əsasən də, narkotik satanlar, istfadə edənlər, oğurluq halları, sosial sferada baş verən cinayət işlərinin şahidi oluruq.

Hansı xəbərləri ziyarət etsən, ən azl 10 nəfərin həbsi ilə bağlı məlumatlar görürük.

İlham Əliyev və hakimiyyətinin apardığı daxili siyasət nəticəsində həbsxanalar demək olar ki, dolu vəziyyətindədir. Həbs edilənlərin çoxunun etirafına baxsaq, işsizlikdən, pulsuzluqdan bu yola əl atdığını görürük. Rejimin isə, xalqın gələcəyinə aparan yol heç vecinə deyil. Rejim hakimiyyəti əlində saxlamaq üçün, bu yollara da əl atdığını deyə bilərik.
Məsələn, gənclər arasında bilərəkdən narkotik vasitələrin yayılması gedir. Çünki bütün hakimiyyətlərin qorxduğu kütlə gənclər olur. Bu səbəbdən də İlham Əliyev hakimiyyəti elə siyasət aparır ki, xalqın aktiv fazası olan gəncləri həbslərdə saxlamaqla siyasətdən uzaqlaşdırır.

Deyə bilərik ki, xəbərdə göstərilən həbslər gündəlik ölkə həyatında çox az bir qismə təsadüf edir. Əslində say yüzlərlədir. Bu zaman sual ortaya çıxır: bu qədər insana həbsxanalarda yer varmı?

Aldığımız xəbərə görə son 10 ildə Azərbaycanda çoxlu sayda gizli şəkildə həbsxanalar tikilmişdir. Görünür ki, hakimiyyətin planı əvvəldən var imiş. Beləliklə, İlham Əliyev rejimi Azərbaycanı böyük Quantanamoya cevirmək istəyir. Bu səbəbdən ölkədə gizlicə türmələr tikilir ki, xalqımızın gələcəyi həbslərdə keçsin.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın