İlham Əliyev açıq şəkildə Rusiyaya “ultimatum” verdi

 

Azərbaycan prezidenti İlham Əliyev dünən Bakının Xətai rayonundakı “Hərbi Qənimət” lər parkının açılışında olmuşdur. İlham Əliyev həmin parkın açılışı zamanı mühüm açıqlamalarla yadda qalmışdır. “İsgəndər M” raket kompleksindən danışan ölkə başçısı açıq şəkildə Rusiyaya ultimatum verməyi də unutmadı. İlham Əliyev bildirmişdir ki, Şuşa şəhərimizi azad etdikdən düşmən tərəfi Azərbaycanın qədim abidələrini və infrastrukturunu “İsgəndər” raketləri ilə məhv etmək istəyirmiş.

Bunun səbəbkarı bir başa Rusiya olduğunu söyləmişdir. Ölkə Prezidenti bu hadisə ilə bağlı Rusiya tərəfindən izahat gözlədiyini və hələ də cavabın gəlmədiyini vurğulamışdır.
Xatırladaq ki, bir müddət əvvəl sizlərə İsgəndər raket komplekslərinin Ermənistanda, Rusiyanın hərbi bazasında qeydiyyatda olmasını və onların idarəetmə funksiyalarının rus zabitləri tərəfindən idarə olunduğunu bildirmişdik.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sərəncamına əsasən, əgər Ermənistan ərazisinə hər hansı bir hücum olarsa bu silahlardan atəş açıla bilər. Bununla da görünən budur ki, Rusiyanı özünə dost sayan insanlar hər zaman olduğu kimi bu döyüşdə də, bizə qarşı xəyanətin şahidi oldular.

Mikayıl Əsədov.

Bunu paylaş: