İlham Əliyev 88.1 faizlə xalqın rəğbətini qazanıb?

Sosial Tədqiqatlar Mərkəzi ölkə başçısı İlham Əliyevin bu ilin dörd ayına olan sorğusunu təqdim etmişdir. Sorğuya əsasən Azərbaycan Respublikasının Prezidenti vətəndaşların 88.1 faizinin etimadını qazanmışdır.
Bu sorğunun nəticəsi onu göstərir ki, Azərbaycan xalqının İlham Əliyevə etimadı böyükdür.
Düzünü desək, dünyada bəlkə ilk dəfədir ki, prezident vətəndaşın ən yüksək səviyyədə etimadını qazanmışdır. Qeyd edək ki, bundan əvvəlki rekord nəticələr də İlham Əliyevə aiddir.

Bizi maraqlandıran məslə bu sorğunun nə vaxt və harada keçirilməsidir. Ehtimal oluna bilər ki, sorğu İlham Əliyevin qohumları arasında keçirilib.
Dünyanın ən xoşbəxt və demokratik ölkələrində dövlət başçıları bu qədər xalq dəstəyi qazanmır.
İsveç, Danimarka, Kanada, Nederland kimi ölkələrdə ölkə başçılarına və yaxud lider partiya rəhbərlərinə xalq etimadı 35-51 faiz arasındadır. Hətta Böyük Britaniya Kraliçası bu qədər faiz toplamaq gücündə deyil.

Yaxşı olardı ki, Sosial Tədqiqatlar Mərkəzi bu sorğunu 99 faiz qul və dilənçi günündə yaşayan vətəndaşlarımızın arasında keçirsin, görək reallıqda İlham Əliyevi neçə faiz insan dəstəkləyəcəkdir. İnanın ki, bu sorğu hər zaman olduğu kimi saxtadır. Bunlar hamısı yaltaqlığın bir növüdür. İnanın ki, xalqımız İlham Əliyevi dəstəkləsəydi, ölkədə saxta seçkilər də olmazdı.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın