İlham Əliyev üç ölkəyə etiraz etdi

İlham Əliyev ADA – da çıxışı zamanı daha mühüm məqama toxunmuşdur. O, 44 günlük müharibə zamanı Qazaxıstan, Türkmənistan və İran üzərindən Ermənistana daşınan silahlardan söhbət açmışdır. Ölkə başçısı bu üç ölkəyə rəsmi şəkildə məktub göndərildiyini qeyd etsə də, buna əməl olunmadığını bildirmişdir.
Burda İranın mövqeyi bəlli, mollalar hər zaman bizə qarşı təxribatçı addımlar atmışlar.

Bəs Qazaxıstan və Türkmənistan niyə 44 günlük müharibə zamanı Azərbaycanın etirazlarından bir nəticə çıxarmamışdır?
Bu iki ölkədə Rusiya təsiri güclü olduğundan Azərbaycanın tələblərinə əməl etməmişlər. Bəlkə də İlham Əliyev bu gün bu məsələni ortaya atmaqla Xəzərdəki eyni qandan olan qardaşlarımıza açıq şəkildə mesaj verməkdədir. Azərbaycan prezidenti bu sözlərlə “Türkiyə Birliyi Təşkilatı” na da öz ismarıcını göndərmiş oldu. Hər iki dövlət türk kökənli olsa da, Azərbaycana qarşı belə mövqe sərgiləməsi yolverilməzdir. Bu sözlər birbaşa Nursultan Nazarbayev və Qurabanqulu Berdimuhamədovun üzərinə düşməkdədir.

Daha son Əliyev Gürcüstanın mövqeyini nümunə kimi göstərərək qeyd etmişdir ki, müharibə zamanı rəsmi Tiflis Ermənistanın üzünə quru və hava sərhəddini bağlamışdır. Ölkə prezidenti bununla dostluq və bölgədə siyasi birliyin necə olduğunu üç ölkəyə çatdırmış oldu.
Beləliklə, İlham Əliyev Azərbaycan, Gürcüstan, Türkiyə arasında siyasət, əməkdaşlıq, strateji, qonşuluq və dostluğun necə aparıldığını birbaşa bu üç qonşuya bildirmiş oldu.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın