İlham Əliyev özü bir başa Putinə etiraz etməlidir

Ermənistan Xarici İşlər naziri Ara Ayvazyanın Xankəndinə qanunsuz səfər etməsi və Qarabağdakı erməni nümayəndələri ilə görüşərək hansısa sənədə imza atması, 10.11.2020 -ci ildə Azərbaycanla imzalanmış sənədə ziddir. Bu barədə Azərbaycan XİN Mətbuat idarəsinin rəhbəri Leyla Abdullayeva erməni nazirin Qarabağa etdiyi səfərə dair şərhində bildirmişdir.

Əgər Azərbaycan XIN rəsmi açıqlamada üçtərəfli bəyannatdan danışırsa, niyə Qarabağda təhlükəsizliyin təminatçısı olan Rusiyanın adını çəkmir. Bu səfərin təhlükəsizliyinin təminatçısının Ermənistan yox, Rusiya olduğunu hər kəs çox gözəl anlayır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə açıq şəkildə öz etirazını bildirməlidir. Əlbəttə, Rusiyanın Qarabağda öz ğplanları var və onlar aranı qızışdırmaq üçün hər şey edəcəklər – lazım gələrsə, yenidən müharibəni başlatmaq və hər iki tərəfi daha çox Rusiyadan asılı vəziyyətə salmaq, Paşinyanı hakimiyyətdən salmaq və s. Əgər Azərbaycan bu gün qəti şəkildə belə hadisələrə etiraz etməsə, sabah Paşinyanın gəlib Xankəndində yallı getməsi gözləniləndir.

Mikayıl Əsədov.

Bunu paylaş: