İlham Əliyev özü öz yalanını ifşa etdi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirə keçirmişdir. Müşavirə zamanı ölkə iqtisadiyyatının son zamanlar dəyişdiyini və son üç ayda inflyasiyanın 18 faizə qalxdığını qeyd etmişdir. Ölkə başçısı inflyasiyanın belə sürətlə artmasının səbəbinin xarici bazar olduğunu bildirmişdir. O bildirmişdir ki, dünyada gedən bahalaşma Azərbaycandan da yan keçməmişdir. İlham Əliyev çıxışında aydın şəkildə söyləyir ki, ölkəmizin xaricdən idxal etdiyi malların bahalaşması iqtisadiyyatımıza təsir edib.

Hörmətli oxucular, mövzuya geridə və geniş baxsaq, görərik ki, İlham Əliyev və Mikayıl Cabbarovun hərzamankı kimi sözləri üst – üstə düşmür.
İlk olaraq xatırlatma vermək istərdik;
Bir neçə həftə bundan əvvəl İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda inflyasiyanın 7 faizə yaxın olduğunu qeyd etdi. Bu gün isə, İlham Əliyev bunun 18 faiz olduğunu söyləyir. Biz xalq olaraq bunların hansına inanaq?

Digər tərəfdən, əgər dünya bazarı Azərbaycan iqtisadiyyatına bu dərəcədə təsir edirsə, deməli ölkəmizin idxalı, ixracdan qat-qat çoxdur.
Burda da bir sual ortaya çıxır:
İlham Əliyevin illərdir bağırdığı iqtisadi inkişafı hanı?. Hər gün açılan fabriklər, zavodlar hanı?
Əgər zamanında İlham Əliyevin danışdıqları gerçək olsaydı, bu gün ölkə iqtisadiyyatı bu dərəcədə çökməzdi!

Aydın olur ki, illərdir iqtisadi inkişaf, iş yerlərinin açılması– hamısı yalanimiş. Bu gün İlham Əliyev maaşların 20 faiz artırılmasını özünə təssəli edir. Anlamır ki, Azərbaycanda inflyasiya onun söylədiyi rəqəmdən qat-qat üstündür.

Sonda illərdir ki, Mikayıl Cabbarovun İlham Əliyevə verdiyi yalan statistika, bu gün öz əlləri vasitəsi ilə ifşa edildi.
Bir sözlə, qeyd etməliyik ki, Azərbaycanın maliyyə imkanları ölkədə bütün işlərə şərait yaratmaq gücündədir!
İlham Əliyevin yürütdüyü yalançı iqtisadi inkişaf siyasəti ölkəni xaricdən asılı vəziyyətə salmaqdadır. Bu gün həmin hakimiyyət öz iç üzünü özü açıb ortaya qoydu.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın