İlham Əliyev çıxışlarında Ağdərə, Xocavənd, Xocalı, Əsgəranın adını niyə dilə gətirmir?

 

Son vaxtlar Azərbaycan prezidenti İlham Əliyevin azad edilmiş bölgələrimizə səfərini tez-tez görürük. Bizi və bütün əhalini maraqlandıran bir sual ortaya çıxır;
Nəyə görə İlham Əliyev hələ də işğalçıların nəzarətində olan Xankəndinin, Xocalının, Xocavəndin, Ağdərənin, Əsgəranın adını bir dəfə də çəkmir və ora səfər etmir?

Rusiya ordusu 9 noyabrdan sonra Qarabağa yerləşəndə bizi aldatdılar ki, Türkiyə ordusu da, Qarabağda sülhməramlı kimi fəaliyyət göstərəcəkdir?.
Xalq olaraq bizi aldadıb, yola verirlərmiş ki, çoxdan razılaşdıqları “Lavrov planını” yerinə yetirsinlər. Bu da öz növbəsində İlham Əliyevin “uğurlu” xarici siyasəti nəticəsində həyata keçirilir.

Bundan sonra rus “ayı”sı türk sülhməramlılarının Azərbaycana gəlməsinin qarşısını almaqdan ötrü cürbəcür propaqanda və sərhəddə ciddi pozuntulara yol verir. 70 il rus əsarətində olan Azərbaycanı, ölkə prezidenti İlham Əliyev yenidən vassallığa düçar etdi. Görünür, İlham Əliyevin Putin qarşısında öhdəçiliyi çox böyükdür.
Hakimiyyətin milli mənəvi dəyərlərimiz üzərində qurduğu bu çirkli oyun gec – tez üzə çıxacaq. Artıq zaman keçdikcə baş verənlərin öncədən hazırlanan senari olduğu öz təsdiqini tapır. Bu anti-milli, xəyanət senarisi bir daha göstərir ki ölkəmiz sağlam əllərdə deyil və qaldıqca bizləri daha böyük təhlükələr gözləyir..

Bu hakimiyyət bütün Azarbaycanı ruslara çoxdan satıb. Qarabağ ərazisində Şuşa alınsa da, kəndləri tam olaraq bizdə deyil. Təkcə şəhər özü alınıb.. Bilmək olmaz Ruslar hansı oyunu oynayırlar.
O, torpaqları qəhrəman, mərd oğullarımızın sayəsində azad etdik. Çoxlu sayda Şəhid və Qazilərimiz oldu. Neçə ana, uşaq, bacı, gəlin gözü yaşlı qaldı. Bunların hesabını xalq məhşərə saxlamaz. Xalqın qisası ağır olacaq.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş:

Bir cavab yazın