İlham Əliyevə müraciət

 

Cənab İlham Əliyev, Siz Azərbaycanımızı Rusiyanın istəyinə uyğun yönəltməklə, ölkəmizi çox pis duruma salmısız. Qarabağımız indi aşkar rus işğalında əzilir, ölkədə kasıbçılıq, bahalıq, ağır dolanışıq pik həddə çatıb. Sosial siyasət sıfırdan da aşağıdadır, təhsil məhv olub, səhiyyədəki biabırçılıqlar daha da artıb, xalq mənəvi aşılanmaya məruz qoyulub və s və i a. Təbii, Rusiya istəmir onun böyründə inkişaf etmiş, güclü bir Azərbaycan olsun. Odur ki, bütün gücü ilə ölkəmizin iqtisadi, mədəni inkişafına mane olur, ölkəmizin demokratikləşməsinə, demokratik dəyərlərlə idarə olunmasına imkan vermir. Bu yolda da siz Rusiyaya çox sədaqətlə xidmət edir, bununla da hakimiyyətinizi qoruyub saxlamağa, xalqımıza daha çox zülm etməyə çalışırsız. Bu yol düz, doğru yol deyil cənab İlham Əliyev. Artıq xalq bu yolla getmək istəmir.

İndi seçim Sizindir – ya qayıdın xalqa, xalqa da güvənin və xalqın iradəsinə uyğun siyasət aparın, ya da imkan verin xalq öz müqavimətini ortaya qoyub Sizin bacara bilmədikləırinizi özü etsin, Rus “işğalməramlı” qoşunlarını Qarabağımızdan çıxarsın, Rusiyanı Qafqazlardan həmişəlik uzaqlaşdırsın, bununla da iblisin oyunları bitsin…Ölkəmizə də demokratiya günəşi doğsun, xalqımız dünya xalqları içində layiq olduğu öz yüksək yerini tutsun.

Rövşən Öntürk.

Bunu paylaş:

Bir cavab yazın