İlham Əliyevə bu sualı verin

 

Hörmətli oxucular, sizlərə bir neçə gün bundan əvvəl, Azərbaycan tərəfinin 10 erməni əsrini geri qaytardığının xəbərini vermişdik. Əsirlərin qaytarıldı gün isə, ermənilər Lçını, Kəlbəcəri atəşə tutdu və Azərbaycanın yolunu azmış iki hərbçisini əsir götürdü.
Azərbaycan Müdafiə Nazirliyinin susqunluğu və bu məsələnin 5 gün sonra açılmasını da sizlərə bildirmişdik. Bəli, əsirlərin dəyişdirilməsi çox yaxşı addımdır və bu, iki ölkə arasında inamı möhkəmləndirir.

Aldığımız daha bir xəbərə görə isə, Azərbaycan tərəfi Macarıstan rəhbərliyinin xahişi ilə, daha 5 erməni hərbçisini geri qaytarmışdır. Lakin elə həmin zaman Ermənistan silahlı qüvvələri Ağdamda “Bakcell” şirkətinin əməkdaşına atəş açmışdır. Nəticədə həmin işçi qolundan ciddi güllə yarası almışdır. Beləliklə, biz onlara hümanistlik edək, onlarsa bizə nifrət doğursun. Boş yerə demirlər ki, tarix təkrar olunur. Hər zaman olduğu kimi, onlar bizə nifrət edir. Bunu anlayırıq, çünki onlar bizə düşmən gözü ilə baxmaqdadırlar.

Məsələyə başqa tərəfdən nəzər etsək, görərik ki, 10 noyabr 2020 – ci il bəyanatında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması göstərilir. Bu bəyanata isə, İlham Əliyev düz bir il bir neçə ay bundan qabaq imza atmışdır.

Maraqlısı budur ki, “Rusiya sülhməramlıları” nın yerləşdiyi Azərbaycan torpaqlarından, bizlərə atəş açan Ermənistan hərbçiləridir. Azərbaycan hakimiyyəti də bunu utanmadan bu cür qələmə verməkdədir.
Niyə? Kimsə İlham Əliyevə sual vermir ki, separatçı Rusiyanı gətirdin ki, ermənilər çıxarılsın, lakin Qarabağımızda hələ də Ermənistan ordusu qalmaqdadır. Bunun səbəbkarı kimdir? Və yaxud qalib gəldiyimiz vaxt döyüşləri dayandırıb, işğalçı Rusiyanı Azərbaycana niyə gətizdirdiniz? Hər gün də öz torpaqlarımızda təxribatla qarşılaşırıq. Kimsə bunları xalqa anladacaqmı?
Bu gün biz necə qalibik ki, öz torpaqlarımızda Rusiya və Ermənistan bizə diktə edir?
Görünür, İlham Əliyevin susqunluğu nəticəsində, erməni- rus təxribatları ilə hər zaman qarşılaşacağıq.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın