İki türk dövlətinin liderləri niyə rus dilində danışır?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistana rəsmi səfər çərçivəsində, qardaş ölkənin prezidenti Şavkat Mirziyoyevlə görüşmüşdür. Görüş zamanı iki ölkə arasında hərbi, iqtisadi, mədəniyyət, təhsil sahəsində gələcək perspektivlər müzakirə edilmişdir. Hər iki dövlətin gələcəkdə müştərək layihələrdə iştirakı da nəzərdə tutulur.
Əliyev və Mirziyoyevin birgə hərbi saziş imzalaması, digər tərəfdən də “İpək yolu” layihəsinə öz töhvələrinin verməsi hər iki dövlət üçün çox vacib amillərdən biridir.

Bu görüşü Azərbaycan tərəfindən şərh edən bəzi ekspertlər qeyd edir ki, Özbəkistan və Azərbaycan arasındakı yeni əlaqələr tək iki dövlətə deyil, ümumilikdə bütün “Türk dünyası” üçün önəmlidir. Hərbi sahədə saziş isə, “Turan Birliyi” nin möhkəmlənməsinə və birləşməsinə təkan verəcəkdir.
Bir sözlə, ekspertlər Türk Birliyi Təşkilatının addım səslərinin hiss olunduğunu bir daha vurğulayırlar.

Azərbaycan Özbəkistan prezidentlərinin görüşündə bizi maraqlandıran çox vacib bir məsələ vardır; Niyə hər iki dövlətin ana dili türk dili olduğu halda, liderləri rus dilində danışırdılar?
Deyə bilərik ki, Türk dünyasını əsas parçalayan düşmənin dilində danışmaq qəbuledilməzdir. Ən azından hər bir türk ölkəsində Rusiyanın (Çar Rusiyası, Rusiya İmperiyası) qanlı əlləri vardır. Bu gün isə, Əliyev və Mirziyoyevin çıxışları bütün türklərə bir təhqirdir.

Digər tərəfdən də, bu, Rusiya üçün bir ismarıc da ola bilər.
Yaxşı olar ki, Türk Birliyi Təşkilatının növbəti iclasında bu məsələ həll edilsin. Turanın inkişafı üçün, ilk növbədə dil və mədəniyyətdən başlamalıyıq.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın