İki üzlü rus siyasəti

Bu günlərdə Rusiyalı hərbi ekspert İqor Korotçenko mətbuata açıqlamasında bildirib ki, Ermənistan işğal etdikləri Azərbaycanın Dağlıq Qarabağ və 7 rayonun həlli məsələsini ləngidir. Buna səbəb olaraq İqor Korotçenko bildirmiş ki, Livandan Qarabağa ermənilərin köçürülməsi Birləşmiş Millətlər Təşkilatının çıxardığı qərara ziddir. Rusiyalı hərbi ekspertin söylədiyinə görə artıq Ermənistan hər dəfə münaqişənin həllində böyük maneələr törətməklə məsuliyyətdən qaçır.
İqor Korotçenko çox gözəl anlayır ki, Qarabağ münaqişəsinin həllində yaranan maneələrin səbəbkarı bir başa Rusiya hakimiyyətidir. Son vaxtlar Kremlə bağlı olan yüksək rütbəli nümayəndələr Qarabağ münaqişəsinin həllindəki rollarını gizlətmək üçün aktivləşiblər. Yəqin Putin hakimiyyəti bir əldə iki qarpuz tutaraq bu yolla hər iki dövləti öz idarəsində saxlamağa çalışır. Artıq Kreml gözəl anlayır ki, Azərbaycan xalqının Rusiyanın nəzarətindən çıxmağına çox az qalıb. Hər dəfə belə vəziyyət yaranan kimi „rus matroşkaları”iki yerə bölünərək hər iki tərəfə dəstək nümayiş etdirirlər.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: