İcra olunmayan tapşiriqlar

Qardaş, görmüşük ailədə rəhbər olar, ATA olar, sözü keçərli şəxs olar. Ağızdan çıxan kəlməsi yerinə yetirilər, əks təqdirdə yumruq bir kərə stola dəyər və hər məsələ həllini tapar..Bizim ölkədə isə bilinmir, rəhbər var, ya yox?. Təyin etdiyi meymunlar (artıq məmur deməyə dilim gəlmir) ipə sapa yatmır,verilən tapşırıqları icra etmir. Öz bildiklərindən çəkinmir, üstəlik etdiklərinə don geyindərərək “əcəb edirəm, kimə istəyirsən get şikayət et” deməklərindən də çəkinmirlər.aydın görünür ki, “ATA” ları lazımi tərbiyəni vaxtında və düzgün verməyib, “Qresloya” otuzdurub.Hərçənd ola bilər ki, “Qresloya” oturtmaqdan ötrü əvəzində “ənam” ala və buna görə də başı aşağı ola.

Di gəl, ortada tərs gesən məsələ var; Ailə başçısı övladından rüşvət almır, əksinə doğru yola təhrik edir. Bu da öz növbəsində həmin valideyinə başucalığı gətirir və bununla ailə üzvləri fəxr hissi ilə qürurlanırlar. Desəniz, ailə hara, ölkə hara, rahatlıqla qeyd edə bilərəm ki, hər ailə özlüyündə kiçik bircəmiyyətdir. Əlqərəz, uzatmayım.. Efirdə, məmurların verilən tapşırıqları icra etməməsini dilə gətirib şikayətlənməyi prezident olaraq bir şəxsə yaraşdırmıram. Bütün ölkənin taleyini həll edən bir rəhbərin acizanə bu çıxışı, vəzifədə oturanların və sadə vətəndaşların arasında ağıllara sığmayan suala yol açır. Prezident kimdən çəkinir? Halbuki cəzalandırmaq və əfv etmək kimi öhdəlik sadəcə Ali Baş Komandana aiddir, bəlkə yanılıram? Görünən odur ki, ölkə başçısı vaxtında həbs etdirdiyi şəxsləri, sonradan əfv edərək mükafatlandırmasaydı, ortadakı axsaqlıqları bərpa etmiş ola bilərdi. Nə yazıq ki, artıq çox gecdir; vəzifədə oturanlar prezidentin bu jestindən sonra həvəslənərək, “burda mən,Bağdadda kor xəlifə” rolunu oynamazdılar. Bəs kimdir günahkar??

Rəşad Şıxəliyev.

Bunu paylaş: