İcra Hakimiyyətlərində nə baş verir?

 

 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İcra Hakimiyyətlərinə nəzarətin gücləndirilməsindən söhbət açmışdır. Prezident köməkçisi 2013-cü ildə ölkəmizdə ictimai nəzarət mexanizminin hüquqi bazasının yaradıldığını və hələ də onun tətbiqində ciddi problemlərin olduğunu bildirmişdir. Həmin qanunda deyilir ki, yaradılan qeyri hökümət təşkilatları bütün funksiyalarını, hüquq və vəzifələrini İcra Hakimiyyətlərinə bildirməlidirlər. Bu, o deməkdir ki, hakimiyyət bütün təşkilatlar üzərində nəzarəti gücləndirməkdədir.


Hikmət Hacıyev, bu qanunu gücləndirməzdən əvvəl, İcra Hakimiyyətlərinə nəzarətləri gücləndirməniz daha zəruri olardı. Son bir neçə ildə Azərbaycanda rayon İcra Hakimiyyətinin başçılarının həbsləri bunun açıq sübutudur. İcra başçılarının rüşvətxor, korrupsioner və vəzifəsindən süni istifadə etməklərinin səbəbi, İlham Əliyev hakimiyyətinin dövləti biyabırçı idarə etməyinin göstəricisidir. Yəni belə bir vəziyyətdə dövlətin çıxardığı qərar və göstərişlər mənasızdır.

Mikayıl Əsədov.

Bunu paylaş: